Şagirdlər kimya fənni üzrə bacarıqlarını nümayiş etdiriblər

Şirvan Özəl Türk Liseyində Azərbaycanın görkəmli kimyaçısı Yusif  Məmmədəliyevin xatirəsinə həsr olunmuş Liseylərarası Kimya Təcrübə Yarışı keçirilib. Bu yarışmada lisey və orta ümumtəhsil məktəblərinin 8-9-cu sinifləri arasından 20 şagird və10 lisey müəllimi öz bilik və bacarıqlarını  nümayiş etdiriblər. Yarışmanın məqsəd lisey şagirdlərinin kimya üzrə  biliklərini tədbiqi olaraq yoxlamaq olub. Yarışmanın nəticəsinə görə 1-ci yeri Quba Özəl Türk Liseyinin şagirdləri Elvin Əmirbəyov və Enrike Nurməmmədov, 2- ci yeri Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdləri Fərrux Hacıyev və Elçin Əliyev,  “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdləri  Behcet Ələkbərov və Nicat Qoçuyev, 3-cü yeri isə Şirvan Özəl Türk Liseyinin şagirdləri Eldar İbrahimov, Turqay Əlisalamzadə , Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdləri Elnur Abdurrahimov, Murad Qallacoy və  Sumqayıt Özəl Türk Liseyinin şagirdləri Cavid Tahirli və İsmayıl Babazadə layiq görülüblər. Yarışmanın sonunda qaliblərə  hədiyyələr və medallar təqdim olunub.
Yarışda  Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev və bir sıra orta məktəb rəhbərləri, müəllimlər iştirak ediblər.

www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır