29 Nisan 2011 Cuma

Qafqaz Universitetində " Riyaziyyat-Məntiq Bilik sərgisi-2011" keçirildi


29.04.2011 tarixində Qafqaz Universitetində Pİ Tələbə dərnəyinin təşkil etdiyi " Riyaziyyat-Məntiq Bilik sərgisi-2011" keçirildi. Sərgidə tələbələrin hazırladıqları riyazi fiqurlar, məntiq tapmacaları, riyazi elementlər nümayiş olundu.
Sərginin təşkilat komitəsinin sədri Bəhmən Məmmədovun sözlərinə görə bu sərgi Bakının 10 orta ixtisas məktəblərində də təşkil olunacaqdır. Sərgidə iştirak edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç stendləri gəzərək tədbirin gedişatı ilə maraqlanmış, tətəbələrin hazırladıqları əl işlərilə yaxından tanış olmuşdur. Sonda rektor Ahmet Saniç tələbələrə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, onlara uğurlar arzulamışdır.
 

Şəki Şəhər İcra Başçısı bilik yarışının qaliblərini mükafatlandırdı



Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Murad Cabbarlı 2011-ci ildə məktəblilərin fənn olimpiadalarının respublika turunun və məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının “İNEPO-Avrasiya” qaliblərini qəbul edib. Görüşdə Şəki Şəhər İHB-nın Təhsil, Səhiyyə, Mədəniyyət üzrə müavini Zərinə xanım Cavadova, Şəhər Təhsil Şöbəsinin müdiri Südabər xanım İsmayılova, Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri İsmail Özcan, Şəki “Araz” Kurslarının müdiri Celil Erdem, liseyin 8-ci sinif şagirdi, məktəblilərin ənənəvi Ətraf  Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının “İNEPO-Avrasiya” qalibi Orxan Kərimov, 2011-ci il məktəblilərin fənn olimpiadalarının respublika turunun qalibləri;  liseyin X sinif şagirdi Ramazan Ramazanov (Fizika fənni  I - yer), XI sinif şagirdi Rəşad Bayramov (Fizika fənni  II - yer), X sinif şagirdi Gündüz Səlimli (Riyaziyyat fənni III - yer), X sinif şagirdi Kamran  Lətifov (İnformatika  fənni  IV - yer) və şəhərin digər məktəblərindən qalib şagirdlər iştirak ediblər. Görüş zamanı liseyin müdiri İsmail Özcan rəhbərlik etdiyi tədris müəssisəsinin fəailiyyəti və şagirdlərinin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildirib. 
Şəki Şəhər İcra Başçısı M. Cabbarlı məktəblilərin fənn olimpiadalarının və beynəlxalq layihə olimpiadaların qaliblərinə qiymətli hədiyyələri təqdim edib. 
www.cag.edu.az

 

 

İcra Başçısı “İNEPO-Avrasiya” qaliblərini mükafatlandırdı

Nizami Rayon İcra Hakimiyyətinin bu günlərdə keçirilmiş hesabat yığıncağında “Dədə Qorqud” Özəl Türk Liseyinin müdiri Turan Güneri və Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında (INEPO-Avrasiya) uğur qazanmış 2 şagirdi iştirak edib. Yığıncaqda təhsillə bağlı məsələlər barədə də geniş məruzə ilə çıxış edən paytaxtın Nizami Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Budaqov rayon ərazisində yerləşən təhsil müəssisələrindən olan “Dədə Qorqud” Özəl Türk Liseyinin fəaliyyəti, təhsildə əldə etdiyi nailiyyətləri barədə danışıb. 
O, müasir dövrümüzdə ekoloji problemlərin getdikcə çoxaldığı bir vaxtda “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdlərinin ətraf mühitin mühafizəsi istiqamətində qazandıqları uğurları əslində hamının uğuru olduğunu deyib. Liseyin təhsildə əldə etdikləri nailiyyətlərindən, uğurlarından məmnun olduğunu bildirib. Bu nailiyyətlərin davamlı  olmasını arzulayıb. Sonra İcra Başçısı T. Budaqov Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında (İNEPO-Avrasiya) gümüş medal qazanmış liseyin 10a sinif şagirdi Xudu Xuduyevə və 9a sinif şagirdi Yaqub Şükürova hədiyyə təqdim edib və liseyin pedaqoji kollektivinə şagirdlərinə təhsildə yeni-yeni nailiyyətlər arzulayıb.
www.cag.edu.az

 

Tanınmış bəstəkar Vüqar Camalzadə Kafkas İlköğretim Okulunun qonağı olub.


Tanınmış bəstəkar Vüqar Camalzadə Kafkas İlköğretim Okulunun qonağı olub. Qonağı məktəbin müdiri İlhami Atmaca qarşılayaraq rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti əldə etdiyi uğurları barədə ətraflı məlumat verib. V. Camalzadə burada  şagirdlər üçün hazırlanmış şəraitilə, tədris otaqları, kitabxanası, laboratoriyaları və sosial şəraiti ilə yaxından tanış olub. Məktəbdə tədris şəraitinin və şagirdlərinin  nizam- intizamının yüksək səviyyədə qurulmasından , məktəblilərinin əldə etdiyi uğurlarından məmnun olduğunu bildirib. Bəstəkar V. Camalzadə Kafkas İlköğretim Okulunun pedaqoji kollektivinə və şagirdlərinə təhsildə uğurlar arzulayıb.
www.cag.edu.az

The 5th International Environment Project Olympiad INEPO-EURASIA 2011

300 000 Trees planted in Azerbaidjan

The 5th International Environment Project Olympiad INEPO-EURASIA 2011 was held in Baku on 6-10 April, 2011. 
The Olympiad was organized with support of the State Oil Company of Azerbaijan Republic (SOCAR), Ministry of Education, Ministry of Ecology and Natural Resources, “Chag Ogretim Ishletmeleri” Company and INEPO EUROASIA Ecology Association. 
This year’s Olympiad was attended by 300 schoolchildren from 33 countries. 115 most interesting projects out of more than 400 projects presented in the Olympiad were selected to participate in the finals. 
The “Our Warm classroom” Project jointly prepared by the participants of SPARE-Azerbaijan participants, Young Ambassador Rufat Dargahli and Fidan Vagifgizi, were also introduced in the finals of the Olympiad. 
During Olympiad, 300 000 trees were planted in Azerbaijan.

Azerbaijan`s Caucasus University, Turkish Ondokuz Mayıs University sign MoU

Baku, April 23 (AzerTAc). A Memorandum of Understanding on cooperation has been signed between Azerbaijan`s Caucasus University and Turkish Ondokuz Mayis University.
The document features exchange of experiences, implementation of joint program and projects.
Prior to the signing ceremony, rector of the Turkish Ondokuz Mayis University Huseyn Akan had a meeting with rector of Azerbaijan`s Caucasus University Ahmet Sanic.
Ahmet Sanic briefed the Turkish rector on foreign relations of the University.
Professor Akan stressed the necessity of expanding cooperation between the two universities.
During the meeting, they discussed development of education cooperation.
http://www.azertag.gov.az/index_en.jsp?id=938&date=2011-04-23

28 Nisan 2011 Perşembe

SAMSUN - OMÜ-AZERİ ÜNİVERSİTELERİ EĞİTİM İŞBİRLİĞİ

SAMSUN (İHA) - Azerbaycan’ın başkenti Bakü’ye giden Ondokuz Mayıs Üniversitesi (OMÜ) heyeti, burada bazı üniversiteler ile işbirliği protokolleri imzaladı.
OMÜ Rektörü Prof. Dr. Hüseyin Akan, Rektör Yardımcısı YÖK Üyesi Prof. Dr. Sait Bilgiç, Tıp Fakültesi Dekanı Prof. Dr. Ali Haydar Şahinoğlu, Diş Hekimliği Fakültesi Dekanı Prof. Dr. Selim Arıcı, Azerbaycan’ın başkenti Bakü’de eğitim-öğretim alanında çeşitli protokoller imzaladı.
Ziyarette Rektör Prof. Dr. Hüseyin Akan; Azerbaycan Tıp Üniversitesi Rektörü Prof. Dr. Amiraslanov Ahliman Tapdigoğlu, Bakü Devlet Üniversitesi Rektörü Prof. Dr. Abel M. Muharramov ve Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç’le işbirliği protokolleri imzaladı.
Rektör Prof. Dr. Akan yaptığı açıklamada, Bakü’de bulunan üç üniversite ile bilimsel ve teknik işbirliği protokol antlaşmalarının imzalandığını, yapılan ziyarettin olumlu ve yararlı geçtiğini, anlaşma yaptıkları üniversiteleri de OMÜ’ye davet ettiklerini söyledi.
http://www.haberx.com/samsun_omuazeri_universiteleri_egitim_isbirligi%2817,n,10658097,584%29.aspx
28.04.2011 11:20 TSİ

Cooperation Protocol between Azerchemistry Production Association and Qafqaz University was signed

        On 27 April 2011, on the basis of monthly seminars project, Mukhtar Babayev, the general director of Azerchemistry Production Association visited Qafqaz University. On the subject of “the role of youth in the development strategy of Azerchemistry Production Association” he made a speech in front of the Qafqaz University students. After his reply to the questions of the students, a cooperation protocol between Azerchemistry Production Association and Qafqaz University was signed. After the signature ceremony, the guests were given commemorative plate. Also, Mukhtar Babayev, the Member of Parliament presented handmade memorial gifts to Ahmet Sanic, the rector of Qafqaz University prepared by the chemists of Azerchemistry Production Association.
Recep Rza

"Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokolu imzalandı


Aylıq seminarlar layihəsi əsasında "Azərikimya" İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev 27 aprel 2011 tarixində Qafqaz Universitetini ziyarət emişdir.
Ziyarət zamanı qonaq Qafqaz Universitetinin tələbələri qarşısında "Azərikimya İstehsalat Birliyinin inkişaf strategiyasında gənclərin rolu" mövzusunda çıxış etmişdir.
Tələbələrin suallarına cavab verildikdən sonra "Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır. İmza mərasimindən sonra qonağa xatirə plaketi verilmişdir.
Millət vəkili Muxtar Babayev də öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet Saniçə Azərikimya İstehsalat Birliyinin kimyaçıları tərəfindən hazırlanmış əl işindən ibarət xatirə hədiyyəsi vermişdir.
Recep Rza
 

 

 

 




Qafqaz Universitetinin Tərcümə bölümünündə oxuyan tələbələrin valideyinleri ilə görüş keçirildi

Aprel ayının 24 də Qafqaz Universitetinin Tərcümə bölümü bu bölümdə oxuyan tələbələrin valideyinleri ilə görüş keçirmişdir. Görüşdə tərcümə bölümündə dərs deyən professor müəllim heyəti, universitetin valideyn şurasından məsul şəxslər və hər bir qrupun rəhbəri iştirak edirdi. Görüş foyedə başladı. Valideynlər universitetin onlar üçün təşkil etdiyi kokteylə dəvət edildilər. Foyede bir biri ilə hal əhval tutan valideyn və müəllimlərin çox xoşagələn mehriban bir görüşməsi oldu. Kokteylə tələbələr də qatıldılar. Tərcümə bölümündə  90 tələbə təhsil alır. Onlardan 51 nəfərin valideyni ilə görüşüldü. Kokteyldən sonra valideynlər övladlarının müvəffəqiyyətləri haqda məlumat almaq üçün seminar salonuna toplaşdılar.
Universitet rəhbərliyi adından valideynləri Tərcümə bölüməsinin müdiri Dos. Nərminə Əliyeva salamladı və ümumi məlumat verdikdən sonra sözü Universitetin İctimaiyyətlə əlaqələr üzrə prorektoru  Uğur Arif bəyə verdi.
Çıxışında tələbələrin müvəffəqiyyətinə səbəb olan faktorları göstərən Uğur Arif bəy valideyn və universitet əlaqələrinin nə qədər mühüm olduğunu açıqladı. Daha sonra söz üçüncü və beşinci kurs tələbələrinin qrup rəhbəri Aziz Çankayaya verildi. Çıxışında tələbələrin dərsə münasibəti, keçilən mövzularin gələcək tərcüməçilər üçün nə qədər önəmli olduğunu söyləyən Aziz Çankaya valideynlərə hər zaman qapısının açıq olduğunu söylədi.
Tələbələrimiz və bu gün Uniuversitetin onlar üçün yaratdığı imkanlardan danışan filologiya elmləri namizədi Dos. Nərminə Əliyeva bu gün tələbələrimizin hansı uğurlar qazandığını və respublikada hər sahədə bu gün yaxşı tərcüməçiyə olan ehtiyacı vurğuladı. Nərminə xanim bu gün tələbələrinin Birləşmiş Millərlər, UNİCEF, G and L tərcümə şirkəti və s bu kimi qurumlarda effektli tərcümə qabiliyyətləri olduğu üçün işə qəbul edildiklərini söylədi.
Daha sonra söz filologiya elmləri namizədi ikinci və dordüncü kurs rəhbəri Ətrabə Gul xanima verildi. Tələbələri haqqında tək tək ətraflı məlumata sahib olan və onlara doğma övladı kimi münasibət bəsləyən Ətrabə xanım tələbələrin təhsildə irəliləmələrində ev çalışmasının faydasından danışdı və bu barədə valideynlərə faydalı məsləhətlər verdi. Daha sonra söz Tərcümə bölümündə bu tədris ilində fəaliyyətə başlayan gənc tərcüməçi müəllim Natiq Adilova veriıldi. O da özündən əvvəl çıxış edən müəllim həmkarlarının fikirlərinə şərik olduğunu və tələbələrimizin müvəffəqiyyətinə kömək ede biləcək yollardan danışdı. Daha sonra valideynlər tək tək qrup rəhbərləri ilə görüşüb övladlarının müvəffəqiyyəti ilə daha yaxından tanış oldular.
Recep Rza

İcra Hakimiyyətində görüş


Aprelin 26-da Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özereni, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksizi, “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniçi, “Araz” Kurslarının müdiri İrfan Uzundemiri, eləcədə Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzeli və Gəncə “Araz” Kurslarının müdiri Sədrəddin Sədirlini qəbul edib. Səmimi şəraitdə keçən qəbul zamanı qonaqlar əvvəlcə Elmar Vəliyevi Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilməsi münasibəti ilə təbrik ediblər. Sonra rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti təhsildə əldə etdikləri uğurları barədə ətraflı məlumat veriblər. Şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamalarından, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanmaqlarından dünyanın ən məşhur universitetlərində təhsillərini davam etdirmələrindən danışıblar. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildiriblər. Bunun üçün liseydə lazımi şəraitin hazırlandığını deyiblər. İcra Başçısı E. Vəliyev, “Çağ” Öyrətim İşlətmələrinin Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanda fəaliyyətə başlamasından, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə olan xüsusi diqqət və qayğısından, bununda sayəsində respublikamızın hər yerində olduğu kimi Gəncədə də təhsil müəssisələrinin inkişafından, tədrisin keyfiyyətinin davamlı olaraq yüksəlməsindən ətraflı danışıb. “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin “Qafqaz” Universitetinin, “Araz” Kurslarının eləcədə Azərbaycan-Türkiyə Özəl Liseylərinin beynəlxalq təhsil standartlarına uyğun fəaliyyət göstərməsindən, təhsilimizin inkişafına töhfələr verməsindən məlumatlı olduğunu bildirib. Onlara təhsildə uğurlar arzulayıb.
Daha sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetində (ADUA) olublar. Onları rektor prof. Mirdamət Sadıqov qarşılayıb. Prof. M. Sadıqov qonaqlara universitetin əsas tədris binası, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulan zaman Duma kimi fəaliyyət göstərən binası haqda məlumat verib. Qonaqlar burada tələbələr üçün hazırlanmış şəraitlə yaxından tanış olublar. ADUA-nın rektoru bu görüşdən məmnun olduğunu bildirib. Belə görüşlərin keçirilməsinin hər iki tərəf üçün əhəmiyyətli olduğunu və bu görüşlərin bundan sonra da keçirilməsini arzulayıb.  

 

Masallıda şagirdlər biliklərini sərgilədi

Aprelin 22-də Masallı Rayon 3 saylı orta məktəbində Rayon Təhsil Şöbəsinin və Lənkəran Özəl Türk Liseyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönumünə həsr edilmiş bilik sərgisi keçirilib. Sərgidə Masallı Rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Nəsir Muxtarlı, Rayon Təhsil Şöbəsinin müdiri Aslan İbişov, Rayon Prokuroru Rizvan Həsənov, Azərbaycan Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis İdarəsinin rəisi Əkbər Yusifov və digər rayon nümayəndələri iştirak ediblər. Tədbirdə liseyin 100-ə yaxın şagirdi müxtəlif fənlərdən öyrəndiklərini nümayiş etdiriblər. Şagirdlər fizika, kimya, biologiya, ekologiya, coğrafiya, tarix-diyarşünaslıq, ədəbiyyat, ingilis –dili fənnlərindən stendlər vasitəsilə təhsildə əldə olunan uğurları nümayiş etdiriblər. Bilik sərgisi haqqında məlumat verən Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci bildirib ki, belə tədbirlərin keçirilməsi məktəblilərin biliyinin daha da artırılmasında xüsusi əhəmiyyəti vardır. Bu tədbirin şagirdlərin bilik səviyyəsinin genişləndirilməsi ilə bərabər insanlarla ünsiyyətin artırılması üçün də faydalıdır.

Lənkəranda şagirdlərin bilik sərgisi keçirildi

Aprel 20-də Lənkəran Özəl Türk Liseyində Şəhər Təhsil Şöbəsinin və Lənkəran Özəl Türk Liseyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönumünə həsr edilmiş bilik sərgisi keçirilib. Sərgidə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə  müavini Səmədağa Abdullayev, Şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Şəhər Məhkəməsinin sədri Elçin Kazımov, Şəhər Ağır Cinayətlərə dair Məhkəməsinin sədri Natiq Əliyev, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin mətbuat katibi Yavuz Maraş, “Zaman” qəzetinin Baş Bedaktoru Süleyman Ünal və digər məktəblərin müəssisələrin rəhbərləri və nümayəndələri iştirak ediblər.  Tədbirdə liseyin 100-ə yaxın  şagirdi müxtəlif fənlərdən tədris müddətində öyrəndiklərini nümayiş etdiriblər. Şagirdlər fizika, kimya, biologiya, ekologiya, coğrafiya, tarix-diyarşünaslıq, ədəbiyyat, ingilis –dili fənnlərindən stendlərlə təhsildə əldə olunan uğurları nümayiş etdiriblər. Bilik sərgisi haqqında məlumat verən Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci bildirib ki, belə tədbirlər şagirdlərin biliyinin daha da möhkəmləndirilməsi ilə bərabər onların insanlarla olan ünsiyyətinin artırılması üçün olduqca faydalıdır.
  http://www.cag.edu.az/haber.php?id=266

Universitet rektorları liseydə

Aprelin 24-də “Ondoqquz Mayıs” universitetinin rektoru prof. Hüseyn Akan və “Qafqaz” universitetinin rektoru prof. Ahmet Saniç Quba Özəl Türk Liseyini ziyarət ediblər. Qonaqları liseyin müdiri Mustafa Alagözoğlu qarşılayıb. M. Alagözoğlu qonaqlara Quba ÖTL-nin fəaliyyəti təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tədris müəssisəsinin uğurları, eləcədə şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında fəal iştirakı Azərbaycan bayrağını ən yüksəklərə ucaltdıqları barədə söhbət açıb. Liseyin müdiri bu təhsil ocağının fəaliyyətindən danışaraq bildirib ki, lisey ilk dəfə 1993-cü ildə kiçik fin evlərindən sinif otağı kimi istifadə edilərək fəaliyyətə başlayıb. Sonra qonaqlar liseyin maddi-texniki bazası, sosial şəraiti, fənn kabinetləri, kitabxanası, laboratoriyalar və məktəbin həyətində yeni qurulmuş muzeylə yaxından tanış olublar. Qonaqlar liseyin fəaliyyətindən, burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiribilər. Liseyin pedaqoji kollektivinin əməyini və təlim-tədris metodlarını yüksək qiymətləndirdilər. Onlara təhsildə uğurlar diləyiblər.

http://www.cag.edu.az/haber.php?id=268 

26 Nisan 2011 Salı

QSC-də Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir


       Aprelin 22-də  Qafqaz Universitetinin  İş Dünyası ilə Əlaqələr Üzrə Prorektoru Təyyar Mustafayev, Karyera Planlama Mərkəzinin müdiri İsa Qasımov QSC-nin  baş ofisində olmuş və  rəhbərliklə işgüzar görüş keçirilmişdir. Görüş Qafqaz Universiteti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunmuşdur.
     Prorektor Təyyar Mustafayev  bu görüşə böyük önəm verdiyini bildirərək   Universitetinin fəaliyyəti haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin  inkişafında tarixi rol oynayan  və Azərbaycan təhsilinin dünyaya  inteqrasiyasında xüsusi yeri olan   Qafqaz Universiteti  1993-cü ildən fəaliyyətə başlamışdır. Universitetin  məqsədi elmi və texniki biliklərə yiyələnmiş yüksək ixtisaslı mütəxəssis  hazırlamaqla Azərbaycan Respublikasının  inkişafına öz töhfəsini verməkdir.
     Prorektor qeyd etdi ki,  Universitetin fəaliyyəti çoxsahəli olmaqla bir neçə istiqamətə ayrılır ki, bu istiqamətlərdən biri də  İş dünyası ilə əlaqələr və məzunların koordinasiyasıdır. Məzunların işlə təminatına yardım etmək üçün İş dünyası ilə sıx əlaqə saxlayan Universitet tez-tez  yerli və xarici şirkət rəhbərləri ilə işgüzar görüşlər keçirir. Bu görüşlərin davamı olaraq növbəti görüşümüzü,  artıq respublikamızda ekoloji yönümlü fəaliyyəti ilə tanınmış “Ekol Mühəndislik Xidmətləri” QSC ilə keçirməyi qərara aldıq. Güman edirəm ki,  potensial imkanlı şirkətinizdə tələbələrimizin istehsalat təcrübəsi keçmələri, eləcə də digər məqsədli proqramların  həyata keçirilməsi  istiqamətində əməkdaşlıq etmək imkanlarımız olacaqdır.
    QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq  onlara Cəmiyyətin fəaliyyəti  və həyata keçirdiyi  uğurlu ekoloji layihələrdən danışdı və bu görüşün çox aktual bir məsələyə həsr olunduğunu xüsusilə qeyd etdi. Ramil Əliyev bildirdi ki, öz maddi-texniki bazasına və təhsilin səviyyəsinə görə  bütün regionda tanınmış  Qafqaz Universiteti Azərbaycan – Türkiyə dostluğunun  və qardaşlığının  simvollarından biridir.
    Qeyd edildi ki, inkişafda olan QSC maddi-texniki bazasının  gücləndirilməsi ilə yanaşı,  kadr potensialının artırılması məqsədilə  ali təhsil müəssisələri və elmi mərkəzlərlə  daimi əməkdaşlıq edir.  Baş direktor  tələbələrin QSC-nin istehsalat sahələrində təcrübə keçmələri  və digər  proqramların işlənib hazırlanması sahəsində Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının mümkünlüyünü  və buna hər zaman hazır olduqlarını qonaqların diqqətinə çatdırdı. Qərara alındı ki, bu istiqamətdə görüşlər davam etdirilsin.
    Prorektor Təyyar Mustafayev  səmimi qəbula görə QSC-nin rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi və Ramil Əliyevi Universitetə dəvət etdi. http://www.ekol.az/

                

AMB və “Junior Achievement Azerbaijan” “Banklar fəaliyyətdə” layihəsinin reallaşdırılmasına başlayıb

 Azərbaycan Mərkəzi Bankı (AMB) və “Junior Achievement Azerbaijan” (JAA) beynəlxalq təşkilatı respublikanın ali təhsil müəssisələrinin tələbələri üçün “Banklar fəaliyyətdə” layihəsinin reallaşdırılmasına başlayıb. Bu barədə AMB-nin məlumatında bildirilir.
Layihə çərçivəsində bazar ertəsi tələbələr üçün aprelin 29-na qədər davam edəcək treninqlər başlayıb.
“Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də, Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin iqtisadiyyat fakültələrinin 40-a yaxın tələbəsi iştirak edəcək”, - deyə məlumatda vurğulanır.
Layihənin əsas məqsədi treninqlər çərçivəsində xüsusi modullar vasitəsilə tələbələrin maliyyə savadını artırmaq və gələcəkdə peşə seçimində onlara yardım etməkdir.
Treninqin iştirakçıları bank sisteminin formalaşdırılması, Mərkəzi Bankın vəzifə və funksiyaları, onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumat əldə edəcəklər. Bundan başqa, tələbələr bankların üzləşdiyi risklər, müxtəlif maliyyə alətlərinin mahiyyəti, onları müqayisə etmək üsulları ilə tanış olacaqlar.

“Birliyimizin yeganə yolu təhsildən keçir”

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri 
Halis Koyunçuoğlu, 
“Azərbaycanla Türkiyənin təhsil programları bir-birinə uyğunlaşdırıla bilər”deyib




Müşavir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında təhsillə bağlı protokollar olsa da, yeni müqavilələr üzərində də iş aparılır: “Türkiyə ilə Azərbaycan arasında təhsil proqramlarının, ixtisasların eyni olması, ixtisasların qarşılıqlı tanınması üçün çalışırıq.
Azərbaycan Bolonya prosesinə daxil olub. Türkiyədə də illərdir, eyni sistemdən istifadə edir. Bu istiqamətdə də birgə iş aparılacaq. Azərbaycanda məktəbi bitirib Türkiyəyə gedən, Türkiyədən bura gələn tələbələr üçün ixtisaslarda çətinliyin olmamasına çalışırıq. “Fikirdə, dildə birlik” deyirik, bunun həyata keçməsi lazımdır. Bu birliyin həyata keçməsinin yeganə yolu təhsil ola bilər. Burda oxuyan tələbə ilə Türkiyədəki tələbə eyni zamanda eyni ixtisas üzrə eyni dərsləri alarsa, o zaman fikir birliyi olar. Bu istiqamətdə ciddi çalışmalar var”.
25.04.2011

“Qafqaz”da ingilis dilinin problemləri müzakirə olunur

Bakıda Azərbaycan da daxil olmaqla, dünyanın 7 ölkəsinin ali təhsil ocaqlarında təhsil alan 90 tələbə ingilis dili və ədəbiyyatı ilə bağlı elmi müzakirələr aparır. Bu münasibətlə Qafqaz Universitetində keçirilən “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı I Beynəlxalq tələbə konfransına 100-ə yaxın tezis və məqalə təqdim olunub.



Universitetin ingilis dili və ədəbiyyatı fakültəsinin təşkilatçılığı və “Azərsun holdinq”in sponsorluğu ilə baş tutan konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunub.
Konfransın məqsədi tələbələri elmi fəaliyyətə təşviq etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini araşdırmaqdır. İki gün davam edəcək konfrans dilçilik, ədəbiyyat, təhsil və fərqli imtahan sistemləri kimi tədqiqat sahələrini əhatə edir.
Türkiyə, Hindistan, İran, Belarus, ABŞ və Rusiyadan 11, Azərbaycandan isə 79 tələbənin iştirak etdiyi konfransda çıxış edən Qafqaz Universitetinin prorektoru, professor Niftali Qocayev bildirdi ki, “Qafqaz”da yüksək təhsil verilməklə yanaşı, gənclərin gələcək təhsilləri ilə bağlı onlara yüksək şərait yaradılır: “Bunun nəticəsidir ki, hər iki-üç ildən bir belə beynəlxalq konfranslar keçirilir”. “Azərsun holdinq”in nümayəndəsi Şahnaz Araz təmsil etdiyi şirkətin təhsilə çox böyük əhəmiyyət verdiyini söylədi. O, yüksək peşəkar kadrların işə cəlb olunması üçün “Qafqaz”la sıx əməkdaşlıq etdiklərini vurğuladı.
Əməkdaşlıq memorandumu imzalanıb
Aprelin 21-də Qafqaz Universiteti ilə Türkiyənin On Doqquz Mayıs Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd hər iki ali təhsil ocağı arasında beynəlxalq əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur, eləcə də elm və təhsil sahəsində ümumi maraqlara əsaslanır. 
SADİQ UMAROV

LİSEYLƏRƏ QƏBUL İMTAHANI

İlk 3 yeri qazananlar liseydə pulsuz oxumaq şansını əldə ediblər
 Ölkənin 9 şəhərində və digər  rayonlarında Azərbaycan-Türkiyə özəl liseylərinə 2011-2012-ci təhsil ili üçün qəbul imtahanları keçirilib. İmtahanlarda 5 fənndən 100 sual üzrə biliklərini sınayıblar. Şəkidəki imtahanda 1000 şagirddən yalnız 52 nəfəri, Qubada da 1000 məktəblidən yalnız  80 nəfəri liseylərdə təhsil almaq şansı əldə edəcək. Mingəçevirdə isə 600 şagird imtahanda iştirak edib. İmtahan zamanı 6-ci sinif şagirdlərinə riyaziyyat, məntiq, Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya və biologiya fənni üzrə suallar təqdim olunub. İmtahanlarda ilk üç yeri tutan şagirdlər liseydə pulsuz təhsil almaq hüququ əldə edəcəklər.

Ağdaş ÖTL-nin müdiri Ağcabədi və Ucar RİH-ti Başçıları ilə görüşüb

Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Ağcabədi və Ucar Rayon İcra Hakimiyyəti Başçıları ilə görüşüb. Görüşlər zamanı R. Tomay lisey şagirdlərinin təhsildə əldə etdiyi nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Məktəblilərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında ən yüksək yerləri tutaraq, qızıl, gümüş və bürünc medallar qazanmaqlarından, məzunlarının Tələbə Qəbulu üzrə Dovlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamalarından və dünyanın bir çox ölkələrində yerləşən universitetlərində təhsillərini davam etdirmələrindən danışıb. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Bunun üçün liseydə lazımi şəraitin hazırlandığını deyib. İcra Başçıları Azərbaycan - Türkiyə Özəl Liseylərinin eləcədə Ağdaş Özəl Türk Liseyinin Respublikamızın təhsil sistemində çox böyük rolu olduğunu və belə bir təhsil ocağının bölgələrdə fəaliyyət göstərməsi ətraf rayonlar üçün də əhəmiyyət kəsb etdiyini, həmçinin buradakı şagirdlərin təhsillə bərabər əxlaq səviyyəsinin də çox yüksək dərəcədə olduğunu bildiriblər. Bu göstəricilərinə görə liseyin fəaliyyətindən məmnunluq hissi keçirdiklərini deyiblər. Liseyin pedaqoji və şagird kollektivinə təhsildə yeni-yeni nailiyyətlər diləyiblər.


 
 

24 Nisan 2011 Pazar

Türkiyənin Ondoqquz May Universiteti rektorunun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur

Bakı, 23 aprel (AzərTAc). Türkiyənin Ondoqquz May Universitetinin rektoru, professor Hüseyn Akanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur.
Görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bu təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışmışdır.
Professor Hüseyn Akan ali məktəblər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Təhsil əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonra Qafqaz Universiteti ilə Ondoqquz May Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumunda iki universitet arasında təcrübə mübadilələrinin aparılması, birgə proqram və layihələrin reallaşdırılması və digər məsələlər nəzərdə tutulmuşdur.

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=3111&date=2011-04-23

Qafqaz Universitetində Memarandum imzalanıb

   Qafqaz Universitetində Ondoqquz Mayıs Universitetinin rektoru Memarandum imzalayıb. Bu günlərdə Qafqaz Universitetində Türkiyənin Ondoqquz Mayıs Universitetinin rektoru, professor Hüseyin Akan rəhbərlik etdiyi universitetin rektor müavini, professor Sait Bilgiç, Tibb fakültəsinin dekanı, prof. dr. Alihaydar Şahinoğlu, professor Selim Arıcı ilə birlikdə Qafqaz Universitesini ziyarət ediblər. Ziyarətlərinin əsas məqsədi qardaş Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə ikitərəfli müqavilələr bağlamaqdır.
   Ondoqquz Mayıs Universitetinin rektoru, professor Hüseyin Akan görüş zamanı bildirib ki, Qafqaz Universiteti onlar üçün daha əhəmiyyətlidir: "Qafqaz Universiteti Türkiyə ilə Azərbaycan arasında təhsil körpüsü yaradır . Mən kollektivimlə burada olmaqdan çox xoşbəxtəm".
   Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Azərbaycanın dost və qardaş ölkə olduğunu diqqətə çatdıraraq ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsinin əbədi olacağını söyləyib. A.Saniç qeyd edib ki, özəl ali məktəblər arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir. Bu təhsil müəssisəsinin əvvəlki illərdə də özəl ali məktəblər içərisində ən yüksək reytinqi olub: "Qafqaz Universitetində yüksək nizam-intizam mövcuddur, tələbələr burada qayğı ilə əhatə olunublar: yüksək ballı tələbələr təhsil haqqından azad edilir, hətta onlara təqaüd də verilir. Təhsil müəssisəsi öz məzunlarının işlə təmin olunmaları ilə də maraqlanır və onlara bu işdə də yardım göstərir".
   Sonra hər iki ali təhsil ocağı arasında beynəlxalq əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq qurmağı nəzərdə tutan Memorandum imzalanıb. Tədbirin sonunda rektor qonaqlara xatirə plaketi təqdim edib.   
Bəhruz

Qafqaz Universitetində l Beynəlxalq tələbə konfransı keçirilib

Dünən Qafqaz Universitetində "Azərsun Holding"in sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı Beynəlxalq tələbə konfransı keçirilib.
   Konfransda çıxış edən Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru, professor Niftalı Qocayev bildirib ki, "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı l Beynəlxalq tələbə konfransında altı fərqli ölkədən, o cümlədən Türkiyə, Hindistan, İran, Belarus və digərlərindən 11, Azərbaycan da daxil olmaqla ümumilikdə 79 tələbə iştirak edib. N.Qocayevin sözlərinə görə, l Beynəlxalq tələbə konfransının keçirilməsində əsas məqsəd tələbələri elmi fəaliyyətə təşfiq etmək, araşdırmaq istədikləri elmi-tədqiqat işlərinə təkan verməkdir. Həmçinin ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini araşdırmaqdır.
   Professor qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri içərisində xüsusi yeri olan Qafqaz universitetinin əməkdaşları yüksək səviyyəli tədris işləri ilə yanaşı, dünya miqyaslı elmi-tədqiqat işləri yerinə yetirir.
   Elmi işlər Qafqaz Araşdırmalar İnstitutu, altı Elmi Mərkəz, müvafiq kafedra əməkdaşları və tələbələr tərəfindən aparılır. Sevindirici haldır ki, Qafqaz universiteti əməkdaşlarının elmi işlərinin nəticələri Amerika, Avropa və Asiyada nəşr olunan yüksək reytinqli elmi jurnallarda dərc olunur. Bununla yanaşı, alimlərimizin tədqiqat işləri universitetimizin "Journal of Qafqaz University"elmi jurnalında da nəşr olunur: "Jurnalımızın elektron versiyası Russian Periodicals Catalog, Directory of Open Access Journals, Middle East Virtual Library, The International Consortium for the Advancement of Academic Publication, JournalSeek, Genamics, RefSeek, Dspace, Eprınts, EBSCO, Indexcopernicus, ASOS kimi mötəbər elmi internet vebbazalarına daxil edilib. Təsadüfi deyildir ki, "Google" axtarışının elmi tədqiqat axtarış sistemi olan "Google Scholar"da Azərbaycanla əlaqəli elmi tədqiqatların əhəmiyyətli bir hissəsini bu vebbazalara "Journal of Qafqaz University" tərəfindən daxil edilmiş məqalələr təşkil edir.Məhz bu səbəbdən elmi içtimaiyyətdə yüksək nüfuza malik olan jurnalımızda Rusiya, Türkiyə, Yaponiya, Hindistan, Sinqapur, ABŞ və digər ölkə alimlərinin məqalələri dərc olunub".
   "Azərsun Holding"in əməkdaşı bildirib ki, Qafqaz Universitetində mütəmadi olaraq bu səpkili beynəlxalq tələbə konfransları keçirilir.

“Azərsun Holdinq”in dəstəyi ilə elmi konfrans keçirilib


image Gənclərin elmi biliklərinin və təcrübələrinin artırılması istiqamətində atılan hər bir addıma yaxından köməklik göstərən “Azərsun Holdinq” daha bir təhsil ocağında təşkil olunmuş elmi konfransı dəstəkləyib. Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Azərsun Holdinq”in dəstəyi ilə “Qafqaz” Universitetində beynəlxalq elmi konfrans keçirilib. Şirkətin mətbuat xidmətinin yaydıgı məlumata görə “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına xidmət edir.
Konfransda çıxış edən məruzəçilər bu sahədə əldə edilən yeni təcrübələrdən bəhs ediblər. Çıxışçılar arasında universitetin prorektoru prof. dr. Niftalı Qocayev, İngilis Dili və Ədəbiyyatı bölməsinin müəllimi Ali Bereket və “Azərsun Holdinq”in Tədris və İnkişaf Şöbəsinin müdirəsi Şahnaz Aras da olub.
Çıxışlardan sonra konfransı dəstəkləyən şirkətlər qrupuna plaket təqdim olundu. Plaketi holdinqin idarə heyətinin sədri Abdolbari Goozal adından tədris və inkişaf şöbəsinin müdirəsi Şahnaz Aras qəbul edib.
Konfransda xarici ölkələrin də nümayəndələri iştirak ediblər. Konfransın açılış mərasimindən sonra tədbir siniflərdə keçirilən panellərlə öz işini davam etdirib.

Bakıda İngilis ədəbiyyatına həsr olunmuş Beynəlxalq konfransı keçirildi


Qafqaz Universitetində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda 1-ci Beynəlxalq tələbə konfransı keçirilib.

ANN.Az-ın verdiyi xəbərə görə, açılış mərasimində Qafqaz Universitetinin prorektoru, professor Niftəli Qocayev bu ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Universitetin beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən N.Qocayev, tələbələrə təhsildə yeni nailiyyətlər arzulayıb. Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Altı ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Hindistan, İrandan olan 70-dən çox tələbənin iştirak etdiyi beynəlxalq konfransda ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyəti ilə bağlı geniş müzakirələr aparılıb.
ANN.Az

“Azərsun Holdinq” Qafqaz Universitetində təşkil olunmuş elmi konfransı dəstəkləyib.

Gənclərin elmi biliklərinin və təcrübələrinin artırılması istiqamətində atılan hər bir addıma yaxından köməklik göstərən “Azərsun Holdinq” daha bir təhsil ocağında təşkil olunmuş elmi konfransı dəstəkləyib. APA-nın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Azərsun Holdinq”in dəstəyi ilə “Qafqaz” Universitetində beynəlxalq elmi konfrans keçirilib. “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına xidmət edir.
Konfransda çıxış edən məruzəçilər bu sahədə əldə edilən yeni təcrübələrdən bəhs ediblər. Çıxışçılar arasında universitetin prorektoru prof. dr. Niftalı Qocayev, İngilis Dili və Ədəbiyyatı bölməsinin müəllimi Ali Bereket və “Azərsun Holdinq”in Tədris və İnkişaf Şöbəsinin müdirəsi Şahnaz Aras da olub.
Çıxışlardan sonra konfransı dəstəkləyən şirkətlər qrupuna plaket təqdim olundu. Plaketi holdinqin idarə heyətinin sədri Abdolbari Goozal adından tədris və inkişaf şöbəsinin müdirəsi Şahnaz Aras qəbul edib.
Konfransda xarici ölkələrin də nümayəndələri iştirak ediblər. Konfransın açılış mərasimindən sonra tədbir siniflərdə keçirilən panellərlə öz işini davam etdirib.
www.kurs.edu.az

“İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda 1-ci Beynəlxalq tələbə konfransı başa çatmışdır

Bakı, 23 aprel (AzərTAc). Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda ikigünlük 1-ci Beynəlxalq tələbə konfransı başa çatmışdır.
Altı ölkədən (Azərbaycan, Türkiyə, Hindistan, İran və s.) 70-dən çox tələbənin iştirak etdiyi Beynəlxalq konfransda ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyəti barədə geniş müzakirələr aparılmışdır.
Konfransın məqsədi tələbələrin təhsilə, elmi-tədqiqata maraqlarının artırılması olmuşdur.

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=3075&date=2011-04-23

Konsulluqda 23 aprel qeyd olunub

23 aprel qardaş Türkiyə Respublikasında Milli Suverenlik və Uşaq Bayramı günü kimi qeyd olunur. Bu günlə əlaqədar Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin və Naxçıvan Türk Liseyinin şagirdlərinin iştirakı ilə şənlik təşkil olunub.
Şənlikdə uşaqların vətən və suverenlik haqqında söylədikləri mahnılar, şeirlər alqışlarla qarşılanıb.  Uşaqların müxtəlif xalqlara mənsub rəqsləri ifa etmələri tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramıdır. “Bu günün balacaları sabahın böyükləridir”, - deyən Atatürk bayram ərəfəsində dövlət qurumlarının fəaliyyətini uşaqların öhdəsinə buraxılması ənənəsini başladıb.  MAZLUM ATİK  NAXÇIVAN
www.zaman.az

Azərbaycanda 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib

Səfir Hulusi Kılıc: “Uşaqlar bizim ən dəyərli varlığımızdır, böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib”
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə Bakıda fəaliyyət göstərən türk və Azərbaycan məktəblərinin şagirdləri qatılıb. 
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirlinin təhsil üzrə müşaviri Halis Koyunçuoğlu bildirib ki, bu gün həm də Türkiyə Böyük Millət Məclisinin yarandığı gündür: “1920-ci ilin bu günü Vətən övladları böyük zəfər qazandılar. Ulu öndərimiz Mustafa Kamal Atatürk bu günü bütünlüklə uşaqlara ərməğan edib. Çünki Türkiyənin gələcəyini məhz uşaqlar quracaq. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb. 23 aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 ölkədən gəlmiş 8 min uşaq qeyd edir. Onlar bir həftə ərzində Türkiyədə qonaq qalıb bizim adət-ənənələrimizi öyrənəcək və dostluqlar quracaqlar”.
Müşavirin sözlərinə görə, bu il ilk dəfə olaraq 23 aprel bayramına türk məktəbliləri ilə yanaşı, Azərbaycandakı orta məktəblərin şagirdləri də qatılıb: “Azərbaycan da bizim vətənimizdir. Ona görə də Azərbaycanlı uşaqlar Türkiyədəki qardaşlarının bu bayramının mahiyyətini bilməlidir”.
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc isə bayramda iştirak edən uşaqlara müraciət edib: “Sizlər gələcəkdə böyük türk millətini təmsil edəcəksiniz. Türk dünyası artıq bütün dünyada öz yerini almaqdadır. Uşaqlar bizim ən dəyərli varlığımızdır. Böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib. Məhz sizlər bu Vətənin gələcək sahiblərisiniz. Vətənə sahib olmanın yolu isə yaxşı təhsil almaqdan keçir”.
Daha sonra tədbirdə Türk Dünyası Araşdırmalar Vəqfinin Bakı Atatürk Liseyinin, Bakı Anadolu Türk Liseyinin və digər türk məktəblərinin şagirdlərinin ifasında bədii proqram nümayiş olunub.
 

Bakıda 23 aprel Uşaq bayramı qeyd edildi


23 aprel tarixi hər il Türkiyədə Milli suverenlik və uşaq bayramı günü kimi qeyd olunur. Türkiyənin hər bir tərəfində qələbəlik, bayram əhval-ruhiyyəsi yaşanır. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında da Türkiyənin 23 aprel Milli suverenlik və uşaq bayramı günü münasibəti ilə tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsilə açılıb. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı baş tutan tədbirə Bakıda fəaliyyət göstərən Türk və Azərbaycan məktəblərinin şagirdləri qatılıb.

Öncə Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu çıxış edərək bildirib ki, 23 aprel bayramının tarixindən danışıb. Deyi ki, 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb. Halis Koyunçuoğlunun sözlərinə görə, 23 aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 ölkədən gəlmiş 8 min uşaq qeyd edir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə qeyd edib ki, bu bayramın qardaş ölkə olan Azərbaycanda keçirilməsi yüksək qiymətləndirilməlidir: “Uşaqların gələcəkdə daha da savadlı olması üçün əməyi olan müəllimlərə öz təşəkkürümü bildirirəm”.
Mustafa Kamal Atatürkdən sitst gətirən səfir deyib: “Uşaqlar bizim ən dəyərli varlığımızdır. Böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib”.
Tədbirdə Azərbaycandakı türk liseyləri tələbələrinin hazırladıqları rəqs çıxışları nümayiş etdirilib və şeirlər söylənilib.
Mail Ağaxanov

23 Nisan 2011 Cumartesi

“İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında Azərbaycan məktəbliləri qızıl, gümüş və bürünc medallar qazanmışlar

Bakı, 22 aprel (AzərTAc). Xəbər verildiyi kimi, bu il aprelin 8-9-da Bakı İdman Sarayında Azərbaycan Respublikası müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası keçirilmişdir.
“Çağ” Öyrətim İşlətmələri Şirkətində V Beynəlxalq Layihə Olimpiadasının nəticələrinə həsr edilmiş mətbuat konfransı olmuşdur.
Hər il apreldə keçirilən “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası dünyada, o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlərin həllində, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Müvafiq Beynəlxalq Layihə Olimpiadası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, “İNEPO-AVRASİYA” İctimai Birliyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
Mətbuat konfransında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müşaviri Ağarəsul Məmmədov V Beynəlxalq Layihə Olimpiadası barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, beynəlxalq tədbirin keçirilməsində “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Təşkilat Komitəsinin sədri Arif Gömleksizin mühüm xidmətləri olmuşdur.
Beynəlxalq Layihə Olimpiadasının nəticələrindən danışan A.Məmmədov bildirmişdir ki, bu tədbirə 35 ölkədən (Azərbaycan, Türkiyə, İndoneziya, Hindistan, Pakistan, Polşa, Slovakiya, Tailand, Ukrayna, Yəmən, Rumıniya, Tayvan, Türkmənistan, Malayziya, Litva, Laos, Gürcüstan, İran, Anqola, İordaniya, Qazaxıstan və s.) 300-dək iştirakçı-məktəbli qatılmışdır. Təşkilat Komitəsinə təqdim olunmuş layihələrdən 151-i seçilərək ayrı-ayrı ölkələri təmsil edən alim və mütəxəssislərin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, qaliblər müəyyənləşdirilmişdir.
Nəticələrə əsasən, I yeri tutanlar qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar bürünc medallarla təltif edilmişlər. Azərbaycan məktəbliləri 10 qızıl, bir çox gümüş və bürünc medallar qazanmışlar.
Qeyd edək ki, Bakıda keçirilmiş I (2007), II (2008), III (2009) və IV (2010) Beynəlxalq Layihə olimpiadalarında da Azərbaycan və Türkiyə məktəbliləri daha çox medal qazanmışlar.
V Beynəlxalq Layihə Olimpiadasına həsr olunmuş mərasimdə təhsil naziri Misir Mərdanov və digər çıxış edənlər təbiətin qorunmasının, ətraf mühitin mühafizəsinin vacibliyindən, beynəlxalq olimpiadanın əhəmiyyətindən danışmış, qaliblərə yeni nailiyyətlər arzulamışlar.

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=2995&date=2011-04-22

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirildi

Aprelin 23-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə M. Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib. Əvvəlcə mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını oxuyublar. Mərasimdə Bakıda fəaliyyət göstərən Türk və Azərbaycan məktəblərinin şagirdləri də iştirak edib. 

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin təhsil üzrə müşaviri Halis Koyunçuoğlu bildirib ki, bu gün həm də Türkiyə Böyük Millət Məclisinin yarandığı gündür: “1920-ci ilin bu günü Vətən övladları böyük zəfər qazandılar. Ulu öndərimiz Mustafa Kamal Atatürk bu günü bütünlüklə uşaqlara ərməğan edib. Çünki, Türkiyənin gələcəyini məhz uşaqlar quracaq. 1979-cu ildən isə bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb. 23 Aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 ölkədən gəlmiş 8 min uşaq qeyd edir. Onlar bir həftə ərzində Türkiyədə qonaq qalıb bizim adət-ənənələrimizi öyrənəcək və dostluqlar quracaqlar”.
Müşavirin sözlərinə görə, bu il ilk dəfə olaraq 23 Aprel bayramına Türk məktəbliləri ilə yanaşı, Azərbaycandakı orta məktəblərin şagirdləri də qatılıb: “Azərbaycan da bizim vətənimizdir. Ona görə də Azərbaycanlı uşaqlar Türkiyədəki qardaşlarının bu bayramının mahiyyətini bilməlidir”.

Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıc isə bayramda iştirak edən uşaqlara müraciət edib: “Sizlər gələcəkdə böyük Türk millətini təmsil edəcəksiniz. Türk dünyası artıq bütün dünyada öz yerini almaqdadır. Uşaqlar bizim ən dəyərli varlığımızdır. Böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib. Məhz sizlər bu Vətənin gələcək sahiblərisiniz. Vətənə sahib olmanın yolu isə yaxşı təhsil almaqdan keçir”.
Daha sonra tədbirdə Türk Dünyası Araşdırmalar Vəqfinin Bakı Atatürk Liseyinin, Bakı Anadolu Türk Liseyinin, “Kafkas” İlköğretim okulunun və 266 saylı orta məktəbin eləcədə digər türk məktəblərinin şagirdləri şeirlər səsləndirib mahnılar  oxuyublar və rəqslər ediblər.
Mərasimin sonunda Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıc və müşaviri  Halis Koyunçuoğlu bir qrup fəal uşaqlara mükafatlar eləcədə hədiyyələr təqdim ediblər. 

Ahmet Sanic jurnalistlərlə görüşüb

Aprelin 20-də Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bir qrup mətbuat nümayəndələrini qəbul edib. Görüş zamanı çıxış edən Ahmet Sanic deyib ki, 2011-2012-ci tədris ilində ilk dəfə olaraq Qafqaz Universitetində jurnalistika fakültəsinə tələbə qəbulu aparılacaq: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarında iştirak edən orta məktəbi bitirmiş abituriyentlər müsabiqədə yetərincə bal topladıqdan sonra universitetə qəbul olunurlar. Qafqaz Universitetində tələbənin təhsil alması xüsusi müqavilə ilə tənzimlənir”. Rektor bildirib ki, Qafqaz Universiteti, inkişaf etmiş dünya universitetləri kimi, qlobal inkişaf prosesi istiqamətində, ölkəyə xas xüsusiyyətləri diqqətə alaraq dünyəvi xarakter daşıyan, bilgi istehsal edən, tədqiqat və ali təhsillə məşğul olan, elmin əldə etdiyi yeniliklərin praktikada tətbiq edilməsini və müzakirə edilərək texnologiyaya çevrilməsini təmin edən, ortaya çıxardığı yenilikləri yayan, təhsil, tədqiqat və ictimaiyyətə xidmət sahələrində sistem və metod təklifləri ilə yeni strategiyalar meydana gətirməyə çalışan bir elm və təhsil ocağıdır. Burada insanların müstəqil və yaradıcı düşünmə qabiliyyətləri inkişaf etməkdə, gənclər ictimaiyyətə və bəşəriyyətə faydalı insanlar olaraq hazırlanmaqdadırlar. Universitet dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir. Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış tələbələr birbaşa 2-ci kursda təhsilə başlayırlar. 2002-2003-cü tədris ilindən etibarən bəzi ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hal-hazırda bakalavr pilləsində 24, magistratura pilləsində 15, aspirantura pilləsində isə 6 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir: “ Universitet təhsil verdiyi tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir. Digər ali məktəb tələbələrinin də iştirakı ilə keçirilən elmi konfranslar onların tədqiqatçı kimi yetişmələrinə şərait yaradır. İdmanın müxtəlif növləri üzrə il ərzində keçirilən yarışlarda qabiliyyətli tələbələr potensial imkanlarını nümayiş etdirə bilirlər”. Görüşün sonunda A.Sanic jurnalistlərə sertifikatlar təqdim edib. S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=28990

Qafqaz Universitetində təhsildən yazan jurnalistlərlə görüş keçirilib

Aprelin 20-də Qafqaz Universitetində təhsil sahəsini işıqlandıran bir qrup KİV əməkdaşı ilə görüş keçirilib. Jurnalistlər öncə universiteti gəzərək burada təhsil üçün yaradılmış yüksək şəraitlə tanış olublar. Sonra tədbir "dəyirmi masa" ətrafında davam etdirilib. Media mənsublarını səmimi salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bu ali məktəbə təyinatı, rektor kimi çalışdığı 2005-ci ildən bəri burada görülmüş işlər, universitetin uğurları haqqında məlumat verib. Rektor çıxışında qeyd edib ki, bu il ilk dəfə olaraq universitetdə iki yeni ixtisas - jurnalistika  və mexanika mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu aparılacaq.
Görüşdə çıxış edən jurnalistlər Qafqaz Universitetində nümunəvi təhsil mühitinin mövcud olduğunu, kadrların yüksək keyfiyyətlə hazırlandığını qeyd edib, bu ali təhsil ocağının ölkə KİV-i ilə sıx əməkdaşlıq etməsini yüksək qiymətləndiriblər.
Tədbirdə iştirak edən KİV təmsilçilərinə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş elmi-mədəni və sosial tədbirləri mətbuatda müntəzəm işıqlandırdıqlarına görə universitetin yazılı təşəkkürnamələri təqdim olunub. Görüşün sonunda universitet rəhbərliyi ilə xatirə şəkli çəkdirilib. 
Y.ƏLİYEV
http://www.muallim.edu.az/arxiv/2011/15/25.htm 

Şagirdlər Respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edib


Ötən tədris illərində olduğu kimi bu il də Azərbaycan-Türkiyə Özəl Liseylərinin (ATÖL) şagirdləri respublikada keçirilimiş Respublika Fənn Olimpiadalarında yüksək nəticələr göstərmişlər. Belə ki, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin Olimpiada üzrə təşkilatçısı Ünal Akçaydan aldığımız məlumata görə Mingəçevir Özəl Türk Liseyinin şagirdləri Hacı Piriyev, Dilqəm İsrafilov, Zaur Abbasbəyli, Bakı Özəl Türk Liseyinin şagirdləri Azad Salahlı, Şahin Hüseynli, Altun Şükürlü, Sumqayıt Özəl Türk Liseyinin şagirdləri Rəşid Qazıyev, Elşad Mustafayev, Dədə Qorqud Özəl Türk Liseyinin şagirdi Tural Gülməmmədov və Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdi Ramazan Ramazanov fizika, İnformatika və riyaziyyat fənləri üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ən yüksək yerə layiq görülərək qızıl medal əldə ediblər. Bundan başqa Quba, Şəki, Dədə Qorqud, Mingəçevir, Lənkəran, Bakı Özəl Türk Liseylərinin şagirdləri Sübhi Sadıqov, Rəşad Bayramov, Adil Səfərzadə, Naib Bağörov, Həsən Həsənli, Mirağa Qafarzadə, Elvin Ələkbərzadə,və İzmir Əliyev fizika, kimya və riyaziyyat fənləri üzrə keçirilən Respublika Fənn Olimpiadalarında 2-ci yerə olimpiadaların gümüş medalına və Lənkəran, Sumqayıt, Mingəçevir, Ağdaş, Şəki Azərbaycan-Türkiyə Özəl Liseylərinin şagirdləri Mirəşrəf  Kazımov, Süleyman Həsənzadə, Fərzəliyev Valeh, Elmir Əhmədov, Rəhman Cəfərli və Gündüz Səlimli fizika, informatika, kimya və riyaziyyat fənləri üzrə keçirilən Respublika Fənn Olimpiadalarında  bürünc medala layiq görülüblər. Beləliklə Azərbaycan-Türkiyə Özəl Liseylərinin (ATÖL) şagirdləri  2011-ci ildə keçirilən Respublika Fənn Olimpiadalarından 10 qızıl, 8 gümüş və 6 bürünc medal qazanıblar. Ü. Akçay onu da xüsusilə qeyd etdi ki, informatika fənnindən keçirilən Respublika Fənn Olimpiadalarında verilən qızıl medalların hamısını yalnız ATÖL-nin şagirləri əldə ediblər.
www.cag.edu.az

22 Nisan 2011 Cuma

Qafqaz Universitetinin rektoru Ahmet Sanic bir qrup mətbuat nümayəndələri ilə görüşüb

Ötən gün Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bir qrup mətbuat nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş zamanı universitetin rektoru təhsil müəssisəsinin keçmişi, həyata keçirilən işlər və gələcəkdə görüləcək yeni layihələr barədə jurnalistlərə ətraflı məlumat verib. Universitetin 1993-cü ildə yaradıldığını deyən A.Sanıc 18 il ərzində ali məktəbin bir sıra uğurlara imza atdığını deyib. Rəhbərlik etdiyi təhsil ocağının da mətbuatla sıх işləməyə maraqlı olduğunu deyən rektor onların fəaliyyətinin mütəmadi olaraq işıqlandırdığı üçün mətbuat nümayəndələrinə təşəkkürlərini bildirib.

Görüş zamanı Ahmet Sanic qeyd edib ki, Qafqaz Universiteti, inkişaf etmiş dünya universitetləri kimi, qlobal inkişaf prosesi istiqamətində, ölkəyə xas xüsusiyyətləri diqqətə alaraq dünyəvi xarakter daşıyan, bilgi istehsal edən, tədqiqat və ali təhsillə məşğul olan, elmin əldə etdiyi yeniliklərin praktikada tətbiq edilməsini və müzakirə edilərək texnologiyaya çevrilməsini təmin edən, ortaya çıxardığı yenilikləri yayan, təhsil, tədqiqat və ictimaiyyətə xidmət sahələrində sistem və metod təklifləri ilə yeni strategiyalar meydana gətirməyə çalışan bir elm və təhsil ocağıdır: “Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış tələbələr birbaşa 2-ci kursda təhsilə başlayırlar. Universitet təhsil verdiyi tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir. Digər ali məktəb tələbələrinin də iştirakı ilə keçirilən elmi konfranslar onların tədqiqatçı kimi yetişmələrinə şərait yaradır. İdmanın müxtəlif növləri üzrə il ərzində keçirilən yarışlarda qabiliyyətli tələbələr potensial imkanlarını nümayiş etdirə bilirlər”.

Görüş zamanı rektor qeyd edib ki, 2011-2012-ci tədris ilində ilk dəfə olaraq Qafqaz Universitetində jurnalistika fakültəsinə tələbə qəbulu aparılacaq. O bildirib ki, bunun üçün artıq dövlətin razılığı alınıb və bu il üçün 20 tələbənin qəbulu nəzərdə tutulub. Onun sözlərinə görə, bu tələbələrin qəbulu birinci ildir aparıldığı üçün tələbələrin pulsuz təhsil almaları təmin ediləcək.

Görüşün sonunda bir qrup mətbuat nümayəndəsinə, o cümlədən "Səs" İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərovaya rektor Ahmet Sanıc tərəfindən təşəkkürnamə verilib.

21 Nisan 2011 Perşembe

Qafqaz Üniversitesi ve Ondokuz Mayıs Üniversitesi arasında işbirliği protokolü imzalandı


21.04.2011 tarihinde Ondokuz Mayıs Üniversitesi Rektörü Prof. Dr. Hüseyin Akan ve beraberindeki Rektör Yardımcısı Prof. Dr. Sait Bilgiç, Tıp Fakültesi Dekanı Prof. Dr. Alihaydar Şahinoğlu ile Prof.Dr.  Selim  Arıcı’dan oluşan heyet Qafqaz Üniversitesini ziyaret etmiştir.
 Qafqaz Üniversitesi rektörü Prof. Dr. Ahmet Saniç ve Ondokuz Mayıs Üniversitesi Rektörü Prof. Dr. Hüseyin Akan tarafından iki üniversite arasında işbirliği protokolü imzalanmıştır. Heyet Azerbaycanda bulunan üniversiteler ile  işbirliği imkanlarını  araştırmak maksadıyla Bakü’ye gelmiştir.

Çingiz Abdullayevin Qafqaz Universitetinin tələbələrilə görüşünün videoları

18 Noyabr 2008-ci ildə Qafqaz Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayevlə Qafqaz Universitetinin tələbələrilə görüş keçirilib. Görüşü Universitetin Mədəniyyət şöbəsi nəzdində fəaliyyət göstərən Düşüncə və Oğuz klublarının üzvüləri tərəfindən təşkil olunmuşdur.Çingiz Abdullayev çıxışında tələbələrlə görüşməyin onun üçün maraqlı olduğunu deyib. Görüşdə Çingiz Abdullayev gəncləri maraqlandıran suallara cavab verib.Tədbirin sonunda Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç tərəfindən xatirə plaketi təqdim edilib. Yazıçı son dövürlərdə nəşr etdirdiyi kitablardan tələbələrə hədiyyə edib.

Qafqaz Universitetində xalq yazıçısı Elçin Əfəndiyevlə keçirilen görüşün videoları