Ağdaş ÖTL-nin müdiri Ağcabədi və Ucar RİH-ti Başçıları ilə görüşüb

Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Ağcabədi və Ucar Rayon İcra Hakimiyyəti Başçıları ilə görüşüb. Görüşlər zamanı R. Tomay lisey şagirdlərinin təhsildə əldə etdiyi nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Məktəblilərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında ən yüksək yerləri tutaraq, qızıl, gümüş və bürünc medallar qazanmaqlarından, məzunlarının Tələbə Qəbulu üzrə Dovlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamalarından və dünyanın bir çox ölkələrində yerləşən universitetlərində təhsillərini davam etdirmələrindən danışıb. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Bunun üçün liseydə lazımi şəraitin hazırlandığını deyib. İcra Başçıları Azərbaycan - Türkiyə Özəl Liseylərinin eləcədə Ağdaş Özəl Türk Liseyinin Respublikamızın təhsil sistemində çox böyük rolu olduğunu və belə bir təhsil ocağının bölgələrdə fəaliyyət göstərməsi ətraf rayonlar üçün də əhəmiyyət kəsb etdiyini, həmçinin buradakı şagirdlərin təhsillə bərabər əxlaq səviyyəsinin də çox yüksək dərəcədə olduğunu bildiriblər. Bu göstəricilərinə görə liseyin fəaliyyətindən məmnunluq hissi keçirdiklərini deyiblər. Liseyin pedaqoji və şagird kollektivinə təhsildə yeni-yeni nailiyyətlər diləyiblər.


 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF