“Çağ”da “INEPO-Avrasiya” nın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib


Aprelin 14-də “Çağ” Öyrətim İşlətmələri Şirkətində Aprelin 8-9 da Bakı Əl Oyunları Sarayında keçirilmiş məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (INEPO-Avrasiya) yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında  “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müşaviri Ağarəsul Məmmədov bildirib ki, bu olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və “Çağ” Öyrətim İşlətmələri eləcə də “İNEPO-Avrasiya” Ekologiya  İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Olimpiadada dünyanın 35 ölkəsindən 300-dən çox şagirdlər yarışıblar. Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş olimpiadada 35 ölkədən 300-ə qədər iştirakçı yarışıblar. Bu möhtəşəm tədbirdə Azərbaycan, Anqola, Mərkəzi Afrika Respublikası, İordaniya, Laos, Yəmən, Litva, Pakistan, Ukrayna, Əfqanıstan, İran, Albaniya, Belarusiya, Hindistan, Danimarka, Gürcüstan, İndoneziya, İraq, Qırğızıstan, Makedoniya, Rumıniya, Slovakiya, Tayland, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Filippin, Vyetnam, Malaziya, Meksika, Şimali Kipr, Monqolustan, Bosniya və Hersoqovina, kimi yaxın-uzaq ölkələrdən gələn şagirdlər qatılıblar.
Olimpiadada azərbaycanın bir sıra dövlət, hökumət, nazirlik, millət vəkilləri,Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələri, idarə, elm və təhsil müəssisələri rəhbərləri və s. iştirak ediblər. Münsiflər heyəti tərəfindən qəbul olunmuş layihələrin 58-i Azərbaycan, 57-si isə xarici ölkələrin payına düşüb deyən A. Məmmədov, münsiflər heyətində tanınmış və təcrübəli alimlərin təmsil olunduğunu, Bakı Avropa Liseyinin şagirdləri Gülay Məmmədova, Hafizə Əlirzayeva,”Qafqaz” Azərbaycan –Türkiyə Özəl Gimnaziyasının şagirdləri Azər Əsgərov, Aslan Mansurov, Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Gülnar Rəhimzadə, Səbinə İsayeva, Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri Leyla Hacılı, Lalə Darçınova, Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdləri Orxan Kərimov, Ayaz Məmmədov olimpiadanın qızıl medalına layiq görüldüklərini deyib. Bununla bərabər bir çox şagirdlərimiz gümüş və bürünc medallarla təltif olunduqlarınıda qeyd edib.Bundan başqa ekologiya sahəsində hazırladıqları proqramlara və məqalələrə görə bir qrup qəzet və elektron KİV nümayəndələrinində mükafatlandırıldığını mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Media nümayəndələrinin bir çox suallarını cavablandırıb.
Sonra Mətbuat konfransı iştirakçıları Bakı Özəl Türk Liseyinin sinif otaqları, laboratoriyaları, kitabxanası və idman məşq otaqları ilə yaxından tanış olublar.

Mətbuat konfransında “Azər Tac”, “Olaylar”, Assa-İradə”, İnformasiya Agentliklərindən İbrahim Əsədov, Aygün İbrahimova, Günel Abbasova və “Həftə içi”, “Paritet”, “İkisahil”, “Press-media” eləcədə “Zerkala” qəzetlərindən Sabir Baxşəliyev, Məhəmməd Tağıyev, Aynurə Şirinova, Alidə Səfərova və Gülqız Süleymanova iştirak ediblər.
 
  www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır