İcra Başçısı “İNEPO-Avrasiya” qaliblərini mükafatlandırdı

Nizami Rayon İcra Hakimiyyətinin bu günlərdə keçirilmiş hesabat yığıncağında “Dədə Qorqud” Özəl Türk Liseyinin müdiri Turan Güneri və Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında (INEPO-Avrasiya) uğur qazanmış 2 şagirdi iştirak edib. Yığıncaqda təhsillə bağlı məsələlər barədə də geniş məruzə ilə çıxış edən paytaxtın Nizami Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Budaqov rayon ərazisində yerləşən təhsil müəssisələrindən olan “Dədə Qorqud” Özəl Türk Liseyinin fəaliyyəti, təhsildə əldə etdiyi nailiyyətləri barədə danışıb. 
O, müasir dövrümüzdə ekoloji problemlərin getdikcə çoxaldığı bir vaxtda “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdlərinin ətraf mühitin mühafizəsi istiqamətində qazandıqları uğurları əslində hamının uğuru olduğunu deyib. Liseyin təhsildə əldə etdikləri nailiyyətlərindən, uğurlarından məmnun olduğunu bildirib. Bu nailiyyətlərin davamlı  olmasını arzulayıb. Sonra İcra Başçısı T. Budaqov Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında (İNEPO-Avrasiya) gümüş medal qazanmış liseyin 10a sinif şagirdi Xudu Xuduyevə və 9a sinif şagirdi Yaqub Şükürova hədiyyə təqdim edib və liseyin pedaqoji kollektivinə şagirdlərinə təhsildə yeni-yeni nailiyyətlər arzulayıb.
www.cag.edu.az

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF