“İNEPO-Avrasiya” qaliblərini Gəncə İcra Başçısı qəbul edib

Aprelin 12-də Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyevi,Gəncə Azərbaycan- Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzeli və aprelin 8-9-da Bakı Əl Oyunları Sarayında keçirilmiş məktəblilərin ənənəvi Ətraf  Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiyadasında (İNEPO-Avrasiya) 2-ci yerə layiq görülən Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyi və Gəncə şəhər 4 saylı orta məktəbin şagirdləri Kənan Abbasovu eləcədə Mesail Quliyevi qəbul edib. Görüş zamanı K. Gözel liseyin fəailiyyəti və əldə etdiyi nailiyyətləri haqqında ətraflı məlumat verib. Gəncəli şagirdlərin dünyanın 35 ölkəsindən 300-dən çox şagirdin qatıldığı olimpiadada 2-ci yerə layiq görülməsindən söhbət açıb. Bu görüşdən məmnun olduğunu bildirən Elmar Vəliyev şagirdləri əldə etdikləri yüksək uğur münasibətilə təbrik edərək, onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. 
www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır