Konsulluqda 23 aprel qeyd olunub

23 aprel qardaş Türkiyə Respublikasında Milli Suverenlik və Uşaq Bayramı günü kimi qeyd olunur. Bu günlə əlaqədar Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin və Naxçıvan Türk Liseyinin şagirdlərinin iştirakı ilə şənlik təşkil olunub.
Şənlikdə uşaqların vətən və suverenlik haqqında söylədikləri mahnılar, şeirlər alqışlarla qarşılanıb.  Uşaqların müxtəlif xalqlara mənsub rəqsləri ifa etmələri tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramıdır. “Bu günün balacaları sabahın böyükləridir”, - deyən Atatürk bayram ərəfəsində dövlət qurumlarının fəaliyyətini uşaqların öhdəsinə buraxılması ənənəsini başladıb.  MAZLUM ATİK  NAXÇIVAN
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır