Masallıda şagirdlər biliklərini sərgilədi

Aprelin 22-də Masallı Rayon 3 saylı orta məktəbində Rayon Təhsil Şöbəsinin və Lənkəran Özəl Türk Liseyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönumünə həsr edilmiş bilik sərgisi keçirilib. Sərgidə Masallı Rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Nəsir Muxtarlı, Rayon Təhsil Şöbəsinin müdiri Aslan İbişov, Rayon Prokuroru Rizvan Həsənov, Azərbaycan Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis İdarəsinin rəisi Əkbər Yusifov və digər rayon nümayəndələri iştirak ediblər. Tədbirdə liseyin 100-ə yaxın şagirdi müxtəlif fənlərdən öyrəndiklərini nümayiş etdiriblər. Şagirdlər fizika, kimya, biologiya, ekologiya, coğrafiya, tarix-diyarşünaslıq, ədəbiyyat, ingilis –dili fənnlərindən stendlər vasitəsilə təhsildə əldə olunan uğurları nümayiş etdiriblər. Bilik sərgisi haqqında məlumat verən Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci bildirib ki, belə tədbirlərin keçirilməsi məktəblilərin biliyinin daha da artırılmasında xüsusi əhəmiyyəti vardır. Bu tədbirin şagirdlərin bilik səviyyəsinin genişləndirilməsi ilə bərabər insanlarla ünsiyyətin artırılması üçün də faydalıdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır