Qafqaz Universitetində " Riyaziyyat-Məntiq Bilik sərgisi-2011" keçirildi


29.04.2011 tarixində Qafqaz Universitetində Pİ Tələbə dərnəyinin təşkil etdiyi " Riyaziyyat-Məntiq Bilik sərgisi-2011" keçirildi. Sərgidə tələbələrin hazırladıqları riyazi fiqurlar, məntiq tapmacaları, riyazi elementlər nümayiş olundu.
Sərginin təşkilat komitəsinin sədri Bəhmən Məmmədovun sözlərinə görə bu sərgi Bakının 10 orta ixtisas məktəblərində də təşkil olunacaqdır. Sərgidə iştirak edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç stendləri gəzərək tədbirin gedişatı ilə maraqlanmış, tətəbələrin hazırladıqları əl işlərilə yaxından tanış olmuşdur. Sonda rektor Ahmet Saniç tələbələrə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, onlara uğurlar arzulamışdır.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır