Qax Araz Kurslarında bilik yarışı mükafatlandırılması

11 mart 2011-ci il tarixdə Qax Şəhər Təhsil Şöbəsinin dəstəyi  və Qax “Araz” kurslarının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Qax məktəbliləri arasında keçirilmiş Bilik yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Tədbir iştirakçıları 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.
Mərasimi giriş sözü ilə açan Qax Araz Kursları müdiri Həsən Həsənov artıq ənənə halını alan Bilik yarışının məktəblilər arasında təhsilə marağı artırmağa xidmət etdiyini xüsusi vurğuladı.
Mükafatlandırma mərasimində isə TQDK-nın sisteminə uyğun olaraq 4 qrup üzrə keçirilmiş bilik yarışında ilk 3 yeri tutan 36 şagird Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.  Bundan başqa, Bilik yarışında aktiv iştirak edən 39 məktəbin direktoruna da Təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının Təhsil Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini ZİYAFƏT XASIYEVA, Qax Şəhər Bələdiyyə Sədri EYVAZ ORUCOV, Qax Rayon Təhsil Şöbəsinin Müdirinin Müavini ELŞAD ƏLİYEV, Qax Şəhər üzrə İcra nümayəndəsi YUNİS ƏFƏNDİYEV və Uşaq – Gənclər İdman məktəbinin müdiri  YAŞAR İSGƏNDƏROV da iştirak ediblər. Mərasimdə çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının Təhsil Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini ZİYAFƏT XASIYEVA qeyd etdi ki, Araz Kurslarının rolu ona görə əvəzsizdir ki, bu təhsil ocağında təlim və tərbiyə eyni səviyyədə, çox yüksək şəkildə aparılır. Qax rəhbərliyi bu Kursların fəaliyyətini bəyənir və hər zaman dəstəkləyir.Tədbirdə Bilik yarışı ilə bağlı təəssüratlarını bölüşən Qax Şəhər Bələdiyyə Sədri EYVAZ ORUCOV deyib ki, belə tədbirlərin keçirilməsi istedadlı şagirdlərin üzə çıxarılmasında böyük rol oynayır:  “Belə istedadların üzə çıxarılmasında “Araz” kurslarının rolu əvəzsizdir”.  O, bilik yarışlarında öz səviyyələri ilə seçilən şagirdlərimizin sabah Azərbaycanımızın inkişafına da öz töhfələrini verəcəklərini əminliklə vurğulayıb.  Qax Araz Kurslarının müdiri Həsən Həsənov artıq rayonda ənənə halını almış bu bilik yarışında 750 nəfərdən artıq 8, 9 və 10-cu sinif şagirdlərinin iştirak etdiklərini bildirib. Onun sözlərinə görə, yarışda yer tutmuş şagirdlər cari dərs ilində “Araz” Kurslarında güzəştlə təhsil ala biləcəklər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır