QSC-də Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir


       Aprelin 22-də  Qafqaz Universitetinin  İş Dünyası ilə Əlaqələr Üzrə Prorektoru Təyyar Mustafayev, Karyera Planlama Mərkəzinin müdiri İsa Qasımov QSC-nin  baş ofisində olmuş və  rəhbərliklə işgüzar görüş keçirilmişdir. Görüş Qafqaz Universiteti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunmuşdur.
     Prorektor Təyyar Mustafayev  bu görüşə böyük önəm verdiyini bildirərək   Universitetinin fəaliyyəti haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin  inkişafında tarixi rol oynayan  və Azərbaycan təhsilinin dünyaya  inteqrasiyasında xüsusi yeri olan   Qafqaz Universiteti  1993-cü ildən fəaliyyətə başlamışdır. Universitetin  məqsədi elmi və texniki biliklərə yiyələnmiş yüksək ixtisaslı mütəxəssis  hazırlamaqla Azərbaycan Respublikasının  inkişafına öz töhfəsini verməkdir.
     Prorektor qeyd etdi ki,  Universitetin fəaliyyəti çoxsahəli olmaqla bir neçə istiqamətə ayrılır ki, bu istiqamətlərdən biri də  İş dünyası ilə əlaqələr və məzunların koordinasiyasıdır. Məzunların işlə təminatına yardım etmək üçün İş dünyası ilə sıx əlaqə saxlayan Universitet tez-tez  yerli və xarici şirkət rəhbərləri ilə işgüzar görüşlər keçirir. Bu görüşlərin davamı olaraq növbəti görüşümüzü,  artıq respublikamızda ekoloji yönümlü fəaliyyəti ilə tanınmış “Ekol Mühəndislik Xidmətləri” QSC ilə keçirməyi qərara aldıq. Güman edirəm ki,  potensial imkanlı şirkətinizdə tələbələrimizin istehsalat təcrübəsi keçmələri, eləcə də digər məqsədli proqramların  həyata keçirilməsi  istiqamətində əməkdaşlıq etmək imkanlarımız olacaqdır.
    QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq  onlara Cəmiyyətin fəaliyyəti  və həyata keçirdiyi  uğurlu ekoloji layihələrdən danışdı və bu görüşün çox aktual bir məsələyə həsr olunduğunu xüsusilə qeyd etdi. Ramil Əliyev bildirdi ki, öz maddi-texniki bazasına və təhsilin səviyyəsinə görə  bütün regionda tanınmış  Qafqaz Universiteti Azərbaycan – Türkiyə dostluğunun  və qardaşlığının  simvollarından biridir.
    Qeyd edildi ki, inkişafda olan QSC maddi-texniki bazasının  gücləndirilməsi ilə yanaşı,  kadr potensialının artırılması məqsədilə  ali təhsil müəssisələri və elmi mərkəzlərlə  daimi əməkdaşlıq edir.  Baş direktor  tələbələrin QSC-nin istehsalat sahələrində təcrübə keçmələri  və digər  proqramların işlənib hazırlanması sahəsində Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının mümkünlüyünü  və buna hər zaman hazır olduqlarını qonaqların diqqətinə çatdırdı. Qərara alındı ki, bu istiqamətdə görüşlər davam etdirilsin.
    Prorektor Təyyar Mustafayev  səmimi qəbula görə QSC-nin rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi və Ramil Əliyevi Universitetə dəvət etdi. http://www.ekol.az/

                

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır