Şəki Araz kurslarında bilik yarışı mükafatlandırılması

25 fevral 2011-ci il tarixdə Şəki Şəhər Təhsil Şöbəsinin dəstəyi  və Şəki “Araz” kurslarının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Şəki məktəbliləri arasında keçirilmiş Bilik yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.
Mərasimi giriş sözü ilə açan Şəki Araz Kursları müdiri Celil Erdem artıq ənənə halını alan Bilik yarışının məktəblilər arasında təhsilə marağı artırmağa xidmət etdiyini xüsusi vurğuladı.
Mükafatlandırma mərasimində isə TQDK-nın sisteminə uyğun olaraq 4 qrup üzrə keçirilmiş bilik yarışında ilk 3 yeri tutan 36 şagird Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, Araz Kurslarının sınaqlarında 600-dən yuxarı bal toplayan şagirdlərin, 2010-cu il ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən Kurs məzunlarına müxtəlif hədiyyələr, eləcə də Bilik yarışında aktiv iştirak edən 39 məktəbin direktoruna da Təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, tədbirdə Şəki İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Zərinə Cavadova, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev də iştirak ediblər.
Mərasimdə çıxış edən Şəki İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Zərinə Cavadova qeyd etdi ki, Araz Kurslarının rolu ona görə əvəzsizdir ki, bu təhsil ocağında təlim və tərbiyə eyni səviyyədə, çox yüksək şəkildə aparılır. Şəki rəhbərliyi bu Kursların fəaliyyətini bəyənir və hər zaman dəstəkləyir.
Daha sonra söz alan Azərbaycan Respublikası Milli Məclisinin Şəkidən olan millət vəkili Cavanşir Feyziyev də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Araz Kurslarının da daxil olduğu Çağ Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətini yaxından izlədiyini və təhsildə əldə etdikləri uğurlara görə Şirkətin bütün pedaqoji kollektivini təbrik etmişdir.
Tədbirdə Bilik yarışı ilə bağlı təəssüratlarını bölüşən Şəki Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova deyib ki, belə tədbirlərin keçirilməsi istedadlı şagirdlərin üzə çıxarılmasında böyük rol oynayır: “Belə istedadların üzə çıxarılmasında “Araz” kurslarının rolu əvəzsizdir”. O, bilik yarışlarında öz səviyyələri ilə seçilən şagirdlərimizin sabah Azərbaycanımızın inkişafına da öz töhfələrini verəcəklərini əminliklə vurğulayıb.
Şəki Araz Kurslarının müdiri Celil Erdem artıq rayonda ənənə halını almış bu bilik yarışında 850 nəfərdən artıq 8, 9 və 10-cu sinif şagirdlərinin iştirak etdiklərini bildirib. Onun sözlərinə görə, yarışda yer tutmuş şagirdlər bu il və gələn il “Araz” Kurslarında güzəştlə təhsil ala biləcəklər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF