Universitet rektorları liseydə

Aprelin 24-də “Ondoqquz Mayıs” universitetinin rektoru prof. Hüseyn Akan və “Qafqaz” universitetinin rektoru prof. Ahmet Saniç Quba Özəl Türk Liseyini ziyarət ediblər. Qonaqları liseyin müdiri Mustafa Alagözoğlu qarşılayıb. M. Alagözoğlu qonaqlara Quba ÖTL-nin fəaliyyəti təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tədris müəssisəsinin uğurları, eləcədə şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında fəal iştirakı Azərbaycan bayrağını ən yüksəklərə ucaltdıqları barədə söhbət açıb. Liseyin müdiri bu təhsil ocağının fəaliyyətindən danışaraq bildirib ki, lisey ilk dəfə 1993-cü ildə kiçik fin evlərindən sinif otağı kimi istifadə edilərək fəaliyyətə başlayıb. Sonra qonaqlar liseyin maddi-texniki bazası, sosial şəraiti, fənn kabinetləri, kitabxanası, laboratoriyalar və məktəbin həyətində yeni qurulmuş muzeylə yaxından tanış olublar. Qonaqlar liseyin fəaliyyətindən, burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiribilər. Liseyin pedaqoji kollektivinin əməyini və təlim-tədris metodlarını yüksək qiymətləndirdilər. Onlara təhsildə uğurlar diləyiblər.

http://www.cag.edu.az/haber.php?id=268 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır