45 tələbə mobil telekommunikasiya biznesinin əsaslarını öyrənəcək

Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər universitetlərindən 45 tələbə rəqabətli seçim nəticəsində "Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramında iştirak üçün seçilib. Proqram "Bakcell"in dəstəyi və Alcatel-Lucent şirkəti ilə tərəfdaşlıq çərçivəsində Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir.
Seçim mərhələsi 2010-cu ilin dekabr ayında təşkil olunub və 1-2-ci kurslarda təhsil alan 280 tələbəni cəlb edib. İştirakçı tələbələr 2011-ci ilin fevral-mart aylarında Junior Achievement Azərbaycan təşkilatının işə hazırlıq və biznes etika təlimlərində iştirak edəcəklər. Mart ayında onlar mobil telekommunikasiya biznesinə aid "Bakcell", Alcatel-Lucent və JA Azərbaycan təşkilatının birgə təlimlərinə qoşulacaqlar. Təlimlərdən sonra tələbələr əldə etdikləri bilik və təcrübəni iyun-iyul aylarında "Bakcel" və Alcatel-Lucent şirkətlərində təşkil olunacaq praktika proqramında tətbiq etmək imkanı qazanacaqlar.
"Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramı "Bakcell"in maliyyə dəstəyi və Alcatel-Lucent Azərbaycan şirkəti ilə tərəfdaşlıq çərçivəsində 2010-cu ilin sentyabr ayında başlanıb. İki il ərzində həyata keçiriləcək proqram çərçivəsində texniki sahədə təhsil alan 90 nəfər 1-ci və 2-ci kurs tələbəsi işə hazırlıq və biznes etika üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair ardıcıl təlimlərdə iştirak edəcək və əldə etdikləri bilikləri "Bakcell" və Alcatel-Lucent şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcəklər.
"Azərbaycan"
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2011&Pid=12905

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır