Azercellin 2011 Tələbə Təqaüdü Proqramının qalibləri müəyyən edildi!

Azərbaycanın akademik potensialının yüksəlməsinə daim dəstək olan “Azercell Telekom” MMC-nin 01 noyabr 2010-cu il tarixində elan etdiyi Tələbə Təqaüdü Proqramı üzrə son seçimlər başa çatmışdır. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onlara gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır.
Tələbə Təqaüdü Proqramının mərhələli seçimləri nəticəsində 7 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülmüşdür. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Proqram qaliblərinin adlarını nəzərinizə çatdırırıq:
Adı və Soyadı Universitet Fakültə Kurs
1 Cəfərov Elvin Yaqub oğlu Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə 4
2 Cəfərov Vəli Əli oğlu Qafqaz Universiteti Kompüter Mühəndisliyi 5
3 Əfəndiyev Elvin Nizami oğlu Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat və Kibernetika 4
4 Kazımzadə Günay Tofiq qızı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Tətbiqi Riyaziyyat 3
5 Mürvətov Kamran Əli Əsgər oğlu Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər 3
6 Qayıbov Tural Söhbət oğlu Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə 3
7 Şükürov Orxan Asif oğlu Qafqaz Universiteti Sənaye Mühəndisliyi 5


Əlavə olaraq, Azercellin Tələbə Təqaüdü Proqramı üzrə 2010-cu ilin noyabr – dekabr aylarında təşkil olunan seçim turları haqda məlumatı təqdim edirik:
Birinci seçim mərhələsi (01 – 17 noyabr, 2010)
Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət idi.
Birinci seçim mərhələsini uğurla keçən tələbələrin adlarını bu siyahıda təqdim edirik.

İkinci seçim mərhələsi (25 – 26 noyabr, 2010)
Bu mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət yazılı tapşırıqla yanaşı müxtəlif mövzularda ingilis dilində inşa yazmaq tapşırığı verilmişdir.
İkinci seçim mərhələsini uğurla keçən tələbələrin adlarını bu siyahıda təqdim edirik.

Üçüncu seçim mərhələsi (13 – 22 dekabr, 2010)
Sonuncu mərhələdə tələbələr Azercellin rəhbər vəzifələrində çalışan işçiləri və mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak etmişdir. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilmişdir.
Tələbə Təqaüdü Proqramı üzrə müraciət göndərən bütün tələbələrə minnətdarlığımızı bildiririk və Proqram qaliblərini təbrik edirik.
http://www.azercell.com/career/students/Bursary%20/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF