Azerfon-Vodafone ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini təbrik edir.


Azerfon-Vodafone olimpiada qaliblərini təbrik edir! - FOTO

Bölmə: SOSİAL
17 May 2011 17:14 (22 saat öncə)
17 may 2011-ci il tarixində Azerfon-Vodafone ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini qiymətli hədiyyələrlə mükafatlandırıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən bu olimpiada 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyətinə həsr olunub. 

Şirkətin Baş İcraçı Direktoru cənab Yurgen Pitz bununla əlaqədar qeyd edib: “Azerfon-Vodafone gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlik layihələrə yardım göstərilməsini şirkətin prioritetlərindən hesab edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə istedadlı gənclərə dəstək verərək İKT sahəsində yerli peşəkar kadrların formalaşdırılmasına yardım etməyə həmişə hazırıq”.

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının 1-ci, 2-ci, 3-cü yer tutan komandaların üzvlərinin Azerfon-Vodafone tərəfindən qiymətləndirilməsi şirkətin Azərbaycanın İKT sahəsində kadr hazırlığına verdiyi önəmin nümunəsidir. Qeyd etmək lazımdır ki, Azerfon-Vodaofne ənənəvi olaraq ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasını hər il dəstəkləyir.
http://www.lent.az/news.php?id=66049

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır