“Azərikimya” Qafqaz Universitetindən mütəxəssislər gözləyir

Bakı, 22 yanvar, SalamNews, O.Kərimov. ARDNŞ-nin SalamNews-a İstehsalat Birliyində Qafqaz Univer­sitetinin rəhbərliyi ilə görüş keçirilib. Bu barədə SalamNews-a ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.
Birlik rəhbərliyi qeyd edib ki, “Azərikimya” İB-nin müəssisələrinə savadlı, yüksək intellektə malik gənc mütə­xəs­sislər göndərilməsi baxımından Qafqaz Universiteti ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Qafqaz Universitetinin rektoru prof. Dr. Ahmet Sanıç Qafqaz Universitetinin 7 tələbəsinin ARDNŞ-nın təqaüdünə layiq görülməsini qürur hissi ilə xüsusi qeyd edib. Vurğulanıb ki, Universitet 2010-2011-ci tədris ilindən kimya mühəndisliyi ixtisası üzrə kadr hazırlığına başlamış, bu ildən mexanika, gələn ildən isə neft mühəndisliyi ixtisası üzrə tələbə qəbulunu da həyata keçirəcək. Bununla yanaşı tələbələrin gələcəkdə “Azərikimya” İB-nin müəssisələrində təcrübə keçmələri də planlaşdırılır.
http://salamnews.org/az/news/read/28454/ldquoazerikimyardquo-qafqaz-universitetinden-muumltexessisler-goumlzleyir-nbspnbsp/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF