Mesenat tamasasi AzTV news


Qafqaz Universitetinin Tələbələri "Mesenat" Tamaşasını oynadılar.
Qafqaz Universitetinin Tələbələrindən ibarət Teatr dərnəyi , müasir həyatla ayaqlaşan çağdaş tələblərə cavab verən tamaşalar hazırlayır. Həvəskar tələbələr teatrdan estetik zövq almaqla yanaşı, həm də bilik və mədəni səviyyələrini yüksəldirlər. Tələbələrdən ibarət özfəaliyyət kollektivinin bədii rəhbəri, sənətşünaslıq namizədi Zəminə Axundovanın verdiyi quruluş əsasında müxtəlif illərdə görkəmli Azərbaycan dramaturqlarından ibarət o, cümlədən də Əli Əmirlinin milyonçu Hacı Zeynalabidin Tağıyevin ailə dramından bəhs edən "Mesenat" adlı əsəri uzun sürən fasilədən sonra Dövlət Gənc Tamaşaçılar Teatrında Qafqaz Universitetinin tələbələri tərəfindən oynanıldı. Tələbə aktyorlar xalqımızın yaddaşında xeyirxah əməlləri ilə dərin izlər buraxmış Hacının tale dramını ölkəmizin bir sıra şəhərlərində və o cümlədən Türkiyədə də göstərmək niyyətindədirlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF