Qafqaz Universitetində 24 may 2011-ci il tarixində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçiriləcək


Qafqaz Universiteti və BP Azərbaycan şirkəti qoyduqları 1ci mərhələdəki məqsədlərinə çatdılar.

Qafqaz Universiteti və BP Azərbaycan şirkətinin müştərək layihəsi çərçivəsində Qafqaz Universitetində 24 may 2011-ci il tarixində kimya mühəndisliyi  laboratoriyalarının  açılış mərasimi keçiriləcəkdir. 
BP şirkəti Azərbaycanın uğurlu gələcəyinə öz töhfələrini vermək, təhsilin inkişafına dəstək təşəbbüslərinə və proqramlarına dəstək vermək məqsədi ilə 2009-cu ildə Qafqaz Universiteti ilə anlaşma memorandumu  imzalamışdır. Memorandumu BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir Qafqaz Universiteti tərəfindən rektor Ahmet Saniç imzalamışdılar . Üç yeni bölmənin qurulması üçün tələb olunan laboratoriyaların və əlaqədar materialların maliyyələşdirilməsini BP şirkəti öz üzərinə götürmüşdür.
Qafqaz  Universitetində  açılacaq  kimya laboratoriyası Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox mühüm bir sərmayədir.  Neft və qaz, boya, kimya, plastmas, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcəkdir. Qurulan laboratoriyalarda istifadə edilən avadanlıqlar öz sahələrində söz sahibi olan (GUNT) ve (PROLAB)  firmalarının məhsullarıdır .Laboratoriyalar beş otaqdan ibarətdir .
Ümumi Kimya Laboratoriyası
Bu laboratoriya təməl kimyəvi prosesləri təcrübələr vasitəsi ilə anlamaq üçün qurulub. Əlavə olaraq laboratoriya ilə tanışlıq zamanı tələbələr məlumat toplayıb analiz edəcək, təcrübələrin nəticələrini təhlil edərək müxtəlif qaynaqlardan istifadə etməklə vərdişlərini daha da inkişaf etdirə biləcəklər. Laboratoriyanın təhlükəsizliyinə və avadanlıqlardan ehtiyatlı istifadə edilə bilməsi vərdişləri də tələblərə bu laboratoriyada aşılanacaqdır.
Analitik Kimya Laboratoriyası
Bu laboratoriyada keyfiyyət analizi, ayırma prosesləri müasir cihazlar vasitəsi ilə öyrənilir. Bu cihazlara alov fotometri, sentrifuqa aparatı, Karl-Fişer titratoru və s. daxildir. Laboratoriyadakı şərait nəinki tələbələrin praktik işlərlə məşqul olmaları ilə yanaşı araşdırma aparmaq üçün də əlverişli olacaqdır.
Üzvi Kimya Laboratoriyası
Laboratoriyadakı avadanlıqlardan isitfadə etməklə müasir üzvi sintezləri asanlıqla həyata keçirmək və tərkib analizi etmək olar. Bu cihazlara karbon hidrogen azot analizi cihazı, spektrofotometer, polarometer vakum sistemi və s. daxildir.
 Kimya mühəndisliyi və fiziki-kimya laboratoriyaları
Əməliyyatlar laboratoriyası: Bu laboratoriyada tələbələr kimya mühəndisliyinin prinsiplərini və onların tətbiqini öyrənirlər. Laboratriyada bir sıra mühəndislik təcrübələrini həyata keçirmək üçün cihazlar var.  Tələbələr bu laboratoriyada mühəndisliklə bağlı problemləri həll etmək imkanına malikdirlər. Laboratoriyada aşağıdakı sahələrdə iş aparıla bilər: axının mexanikası (hidromexanika), istilik ötürülməsi və termodinamika.
Proses mühəndisliyi laboratoriyasi:
 Emal mühəndisliyi laboratoriyası sistematik kompyuter nəzarəti vasitəsi ilə əməliyyatların, nəzarətin, dizayn və emal proseslərinin optimallaşdırılması istiqəmətində ixtisaslaşmışdır. Bu laboratoriya sənayenin müxtəlif sahələrinə aid prosesləri əhatə edir.
Fiziki-kimya Laboratoriyası:
Bu laboratoriyada fiziki-kimya ilə bağlı araşdırmalar aparmaq mümkündür. Cihazların çoxu proqramlaşdırılıb. Bu təchizatlara ion mübadilə cihazı, karbon diaoksid hava və müxtəlif qazların olduğu mühitlərdə korroziya prosesini öyrənən cihaz və s. daxildir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır