Qafqaz Universitetində 28 may Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir.

27 May, 2011

 Qafqaz Universitetində fəaliyyət göstərən Oğuz tələbə dərnəyinin təşkilatçılığı ilə universitetdə 28 May Respublika gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin səslənməsi ilə başlayıb. Universitet rəhbərliyi və digər qonaqlarında qatıldığı tədbirdə respublikamızın əməkdar artisti Gülyanaq Məmmədova öz ifası ilə tədbirə xüsusi bayram ab-havası qatıb. Günün anlam və önəmini anladan universitetin tarix bölməsinin  müəllimi Dr. Bilal Dədəyev Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa müddətdə göstərdiyi fəaliyyətini tədbir iştirakçılarına geniş şərh etmişdir. Proqramda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük xidmətləri olan bir çox ziyalılarımızın tərcümeyi-haldan bəhs edən slayt-şou nümayiş etdirilib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 88- ci il dönümünə həsr edilmiş “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” adlı lahiyə müsabiqələrinin  qaliblərini Dr. Bilal Dədəyev ,İdman yarışlarının qaliblərini isə Səhiyyə Mədəniyyət İdman idarəsinin rəisi Musa Turmuş  mükafatlarını təqdim etdilər .  Proqram mahnı üzrə müsabiqə laureatlarının çıxışları ilə davam etdirilmişdir.
 http://qu.edu.az/view_news.php?news=774&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır