Qarabağ`ımız Bakı Özəl Türk Litseyini ziyarət etdi

`Qarabağ`ımız daim sosial layihələrdə iştirak etməklə cəmiyyətə inteqrasiyaya xüsusi önəm verir. Bu  gün `Qarabağ`ımız daha belə bir tədbirdə iştirak edib. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovla yanaşı futbolçularımız Əfran İsmayılov, Georgi Adamiya, Vüqar Nadirov, Rauf Əliyev  və Elvin Məmmədov ölkəmizdə sayılıb-seçilən təhsil ocaqlarından olan Bakı özəl türk litseyinin qonağı olub. Litseyin rəhbərliyi tərəfindən səmimi olaraq qarşılanan   `Qarabağ`ımızın üzvləri ilk olaraq məktəblə tanış olublar.  Tədbirin təşkilatçısı Cihad Cengiz və məktəbin direktor müavini Salih Gülhan məktəbin fəailiyyəti haqqında danışaraq  tədris müəssisəsinin bütün bölümləri haqqında ətraflı məlumat verdi. Şagirdlərlə səmimi söhbət edən Qurban Qurbanov onların dərsləriylə də maraqlandı.  İdman bölməsində isə daha maraqlı olay yaşandı. Beləki məktəbin idman dərəcəsi olan güləş müəllimi Ercan Cengizlə vaxtilə güləşlə məşğul olmuş Əfran İsmayılov güclərini sınadı. Əfran ciddi müqavimət göstərsə də sonda peşəkar qalib gəldi.
Tədbirin növbəti mərhələsi isə şagirdlərlə görüşdə baş tutdu. 200-ə yaxın şagird qonaqları alqışlarla qarşıladı.  İlk olaraq `Qarabağ` haqqında şəkilli slaydlar təqdim edildi.  Sonra isə baş məşqçimizə və futbolçulara suallar verilməyə başladı.  Səmimi ortamda davam edən görüşün sonunda litseyin müdiri Hayrettin Ünver də çıxış edərək `Qarabağ`lılara səmimi davranışlara görə təşəkkür etdi.  `Qarabağ`lılara hədiyyələr verildi, eyni zamanda Qurban müəllim `Qarabağ`ımızın futbolçular tərəfindən imzalanmış  formanı məktəb rəhbərliyinə təqdim etdi.  Sonra isə şagirdlər və müəllim heyətiylə xatirə şəkili çəkildi.
Ən sonda isə Hayrettin bəy qonaqları çay süfrəsinə dəvət etdi və edilən maraqlı söhbətlərlə görüş başa çatdı.

 Görüşdən maraqlı anlar fotoqalereya bölümündə...
http://qarabagh.com/1987/?name=photoview&phid=357&lang=1

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır