Novruz Bayramı 2011: VİDEO

 

Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədi gecə keçirildi . 
Tədbirdə çıxış edən Qafqaz Universitetinin mühəndislik fakultəsinin dekanı professor Həmzağa Orucov Novruz bayramı dərin tarixiə malik olan təkcə təkamül rəmzi deyil, həmdə təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir . Novruz bayramında şiriniyyat növləri (qoğal,külçə,paxlava,şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Mühəndislik fakultəsinin dekanı professor Həmzağa Orucovun çıxışından sonra 2010- 2011 ci tədris ilində Respublikamızda keçirilən idman yarışlarında universiteti təmsil edən tələbələrə Abşeron şəhəri Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev tərəfindən hədiyyələr təqdim edildi.Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət Xor kollektivi "Bayram olsun ",Rəqs kollektivi "Arşın mal alan "qızlardan ibarət kollektiv "Bağlamalar ","Kosa və Keçəl" səhnəcikləri göstərildi.Xonça yarışması musabiqəsi keçirildi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF