Qafqaz Universitetində “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” məzuniyyət 2011 gecəsi keçirildi.



09 June, 2011
“Qafqaz Universiteti ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan vermişdir” bu sözləri dünən Qafqaz Universitetinin 14-cü  buraxılış, 2010-2011-ci tədris ili məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” adlı məzuniyyət proqramında çıxış edərkən  universitetin rektoru Ahmet Saniç söylədi. O, bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürür duyduğunu dilə gətirdi daha sonra rektor valideyinlərə müəllim heyətinə məzunlara ürək sözlərini dedi Əziz valideyinlər ! Minbir  zəhmətlə  böyüdüb yetişdirdiyiniz  və beş  il əvvəl  Qafqaz ailəsinə təslim etdiyiniz  övladlarınız  yüksək bilik bacarıq vətən sevgisi ilə dolu məzunlar  artıq canımız qədər sevdiyimiz,  Azərbaycanımızın keşiyindədirlər. Siz evladlarıyızla fəxr edə bilərsiniz.Sözləri ilə valideyinlərə səsləndi.Sonra bu məzunları ərsiyə gətirən müəllim heyətinə üz tutaraq bunları dedi .
Hörmətli – müəllim heyəti! Bugün çəkdiyiniz  zəhmətin bəhrəsi artıq məzun adı alaraq  hayat məktəbinə  yola salırıq . Hədəfinizi bilirəm   bir dünya üniversiteti  olma yolunda sürətlə irəlləyirsiniz  Qafqaz Universiteti 45 fərqli ölkədə  işləyən  və təhsil alan  gəncləriylə qürur duymaqtadır.
Sevgili məzunlarımız ! Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara  hazırlayırıq. Əziz gənçlər! dünya küçüldü, bir kənd  halına  gəldi. Elm  insanın xəyal etdiklərindən də  çox sürətlə irələyir. Bu gün dünənin  dünyasında yaşamırıq. Sabah isə  bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl naliyyətlər əldə edək .O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə  sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun.
Daha sonra söz Təhsil Nazirinin müavini Elmar Qasımova verildi. Nazir müavini  çıxışında universitetin professor və müəllim kollektivinə  təşəkkürünü bildirərək üzünü məzunlara tutaraq bunları dedi  “İnanıram ki, bitirdiyiniz bu təhsil ocağı sizin həyatınızda unudlmayacaq izlər buraxıb. Dünyanın hansı bölgəsində olursunuzsa olun öz universitetinizi yaddan çıxartmayın”.
Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə universitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək bu ilki məzunlara ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu etdi.
Onu da qeyd edək ki, bu il universitet Mühəndislik 106, Hüquq 14, iqtisadiyyat 150 və Pedoqoji fakültəsindən 170 magistratura pilləsində isə 70 tələbə olmaqla  cəmi 510 tələbəsini məzun verir. Ənənəvi olaraq Qafqaz universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə ,fakultə və universitet birincisinə isə xatirə plaketi verilmişdir. Eyni zamanda 2010-2011 tədris ilində beynəlxalq və respublika olimpiyadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verildi. Sonra tədbirin bədii hissəsinə keçirildi.
Rəcəb Rzayev

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır