Qafqaz Universitetində şeir yarışması proqramı keçirilmişdir

6.05.2011 tarixində Qafqaz Universitetində Pedoqoji fakultəsinin Azərbaycan dili və Ədəbiyyatı, Türk dili və Ədəbiyyatı bölmələrinin birgə təşkil etdiyi şeir yarışması proqramı keçirilmişdir. Yarışmada Pedoqoji fakultəsinin tələbələri iştirak edirdilər. Tələbələr Azərbaycan və Türk şairlərinin yazdığı şeirləri səsləndirdilər. Proqramda çıxış edən Azərbaycan dili və Ədəbiyyatı bölməsinin müdiri Prof. Akif Hüseynli tələbələrin çıxışlarını bəyəndiyini söylədi. Tələbələrə bundan sonrakı həyatlarında uğurlar arzulayan Akif Hüseynli bu tipli tədbirlərin tez-tez keçirilməsini arzu etdi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır