Qafqaz Universitetinde Old Stars (Köhne Ulduzlar) Süper Kuboku Final Oyunu Keçirildi...

 
    Qafqaz Universitetində tələbələr arasında ənənəvi olaraq keçirilən və Bölmələr arası mini futbol turniri Novruz Kubokunun qalibi Maliyyə və Kredit bölməsinin komandası ilə ümum milli liderimizin anadan olmasına həsr olunmuş Heydər Əliyev 88 kuboku mini futbol turnirinin qalibi olan Senayə Mühəndisliyi bölməsi komandaları arasında  ilk dəfə olaraq OLD STARS (Köhne Ulduzlar) SÜPER KUBOKU adlı mini futbol final oyunu təşkil olunmuşdur.
 Universitetin Səhiyyə,mədəniyyət və İdman idarəsinə bağlı İdman Şöbə müdirliyi və İdman Dünyası tələbə dərnəyinin təşkilatçılığıyla keçirilən bu final oyununda Maliyyə və Kredit bölməsinin komandasını 5-3 həsabıyla məğlub edən Senayə Mühəndisliyi bölməsi komandası ilk dəfə olaraq keçirilən Qafqaz Universiteti “OLD STARS (Köhne Ulduzlar) SÜPER KUBOKU”nun da ilk sahibi olmuşdur.. 
 
 Senayə mühəndisliyində qolları Nadir Babaşov (2), Eldar Həsənli (2) və Xəyyam Quliyev vurarkən , Maliyyə və Kredit komandasının qollarını isə Bəhruz İsmayılov, Tahir Muxtarov, Rüstəm Məmmədov vurmuşdur. Qeyd edək ki, bu turnirdə 5 il müddətində universitetin yığma futbol komandasında və futbol turnirlərində iştirak etmiş son kurs tələbələri mübarizə aparmışdırlar.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF