Ümummilli lider – Heydər Əliyevin anım mərasimi

Hər il may ayının 10-da ölkəmizin hər yerində müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevi anım mərasimi keçirilir. Belə mərasimlər Çağ Öyrətim İşlətmələri Şirkətinin bütün təhsil müəssisələrində də təşkil olunur. Bu tədbirlərdən biri də 10 may 2011-ci il tarixdə Şəki Araz Kurslarında keçirildi.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin I müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatının Sədri Həsən Həsənov, Şəki Şəhər İcra Hakimiyyətinin müavini Firon Əliyev, Şəki Azərbaycan-Türkiyə Özəl Liseyi müdiri İsmail Özcan, Şəki Araz Kursları müəllim və şagird kollektivi və digər qonaqlar iştirak edirdilər.
Dahi şəxsiyyət, unudulmaz insan olan H.Əliyevə həsr olunmuş tədbir onun həyat və fəaliyyətindən bəhs edən qısametrajlı filmin nümayişi ilə başladı. Sonra Kurs müdiri C.Erdem   “H.Əliyev və Çağ Öyrətim İşlətmələri Şirkəti” mövzusunda çıxış etdi.  O, H.Əliyevin Şirkətimizin Azərbaycanda fəaliyyət göstərməsi üçün gördüyü konkret işlərdən, qayğıdan danışdı.
Daha sonra o qeyd etdi ki, Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi – azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutub. O, bunları insan üçün mənəvi əsas kimi qəbul edirdi. Öz xalqının milli-mənəvi gücünə, milli mədəniyyətinə, söykənə-söykənə Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu və onun ideoloji əsaslarını yaratdı. Dahi liderimizin mənalı həyat yolu gələcək inkişafımızın təminatçısı olan gənc nəslimizin təlim və tərbiyəsi üçün əsl nümunədir. Heydər Əliyev müasir gənclər siyasətinin banisidir. Heydər Əliyev yolunun davamçısı olan cənab prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə elmə, təhsilə, gənclərə olan xüsusi diqqət və qayğısı danılmazdır.
Daha sonra Şəki Şəhər İcra Hakimiyyətinin I müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatının Sədri H.Həsənovun “H.Əliyev və Azərbaycan təhsili” mövzulu çıxışı oldu. H.Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqllik qazandıqdan sonrakı dövrdə ölkəyə başçılıq etdiyi müddətdə təhsilə verdiyi böyük önəmdən bəhs etdi. Şagirdlərə də həmişə H.Əliyev ideyalarına sadiq qalmağı tövsiyə etdi. Belə bir tədbirin keçirilməsi üçün təşəbbüs göstərən Araz Kurslarına minnətdarlığını bildirdi.
Daha sonra söz alan Şəki Şəhər İcra Hakimiyyətinin müavini F.Əliyev H.Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü işlərdən bəhs etdi.
Sonra Tədbirdə iştirak edən qonaqlara Şəki Araz Kursları kollektivi adından üzərində H.Əliyevin imzası olan suvenir hədiyyə olundu.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF