Qafqaz Universitetinde Jurnalistika təhsilinin aktual problemləri müzakirə edilib


08 July, 2011
Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetində “Jurnalistika təhsilinin aktual problemləri və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib. “Azadinform” xəbər verir ki, tədbir Qafqaz Universiteti və İstanbul Universitetinin Kommunikasiya fakültəsi ilə birgə təşkil edilib.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında ilk dəfə olaraq Jurnalistika fakültəsi açılıb və bu ildən fakültədə 20 nəfər tələbə təhsil alacaq. Azərbaycandakı jurnalistikanın mövcud durumdan da bəhs edən A.Saniç bildirib ki, hazırda universitetin bu sahədəki problemlərin aradan qaldırılmasına hansı töhfə verəcəyi müzakirə edilir. 
Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli son zamanlar Azərbaycanda yeni medianın formalaşma prosesinin getdiyini qeyd edib. Ali təhsil ocaqlarında jurnalistikanın tədrisindən bəhs edən Q.Məhərrəmli bu sahədəki problemlər, onun həlli və vəziyyətdən çıxış yolu barədə məlumat verib.    
Slavyan Universitetinin müəllimi Aynur Bəşirli Avropa Şurasının dəstəyi ilə təmsil olunduğu ali təhsil ocağında həyata keçirilən “Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək” layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, jurnalistikanın tədrisinə dəstək verəcək bir layihə isə ATƏT-in dəstəyi ilə həyata keçirilir. Bu layihələr çərçivəsində gördükləri işlərdən bəhs edən A.Bəşirli bildirib ki, yeni media sahəsinə aid kurrikulum hazırlanıb. Onun sözlərinə görə, yeni standartlara uyğun hazırlanan bu kurrikulumun tədrisi üçün kadrlara ehtiyac olacaq. 
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmin Vəliyev isə qeyd edib ki, Azərbaycanın müstəqilliyindən 20 il ötsə də, jurnalistika tədrisində hələ də keçmiş sovet standartlarından uzaqlaşmaq olmur. Dərslik baxımından ciddi problemlərin olduğunu vurğulayan H.Vəliyev vacib sayıb ki, bu sahədə yeni proqramlar və onun əsasında da yeni dərsliklər yazılmalıdır. Son zamanlar müzakirə edilən “yeni media” məsələsindən də bəhs edən dosent bu anlama bir qədər qısqanclıqla yanaşdığını açıqlayıb. O, fikrini belə əsaslandırıb ki, “yeni media”da mətbuat tarixindən danışmaq olmaz və yaxşı olar ki, “yeni media” mətbuat tariximizlə əlaqələndirilsin.  
İstanbul Universitetinin kommunikasiya fakültəsinin dekanı prof. dr. Aydemir Okay və fakültənin müəllimləri prof. dr. Mete Çamdereli, Vedat Demir, Arzu Kihtir, Gülin Terek Önal və Murat İri  ö
lkələrindəki jurnalistikanın vəziyyəti və digər məsələlərdən bəhs ediblər.

http://www.azadinform.az/news/a-5216.html

http://qu.edu.az/view_news.php?news=838&lang=az&link=224

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır