“Qafqaz” özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərib


2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrində boş qalan (vakant) plan yerlərinin ixtisas seçiminə dünəndən start verilib.


  Müsabiqədə 1-ci qrup üzrə ümumi balı 200-dən, 2 və 3-cü qruplar üzrə ümumi balı 250-dən, 4-cü qrup üzrə isə ümumi balı 350 və daha çox olan abituriyentlər iştirak edə bilər. İxtisas seçimi avqustun 9-dək internet vasitəsilə aparılacaq. Ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da və ya 11-də açıqlanacaq. Məlumat üçün bildirək ki, vakant yerlər əsasən özəl ali məktəblərdə qalıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin dünən keçirdiyi mətbuat konfransında ölkə üzrə 2087 boş yer qaldığını deyib. Plan yerləri isə 93,36 faiz dolub. Onun sözlərinə görə, bu il qəbul yeri birinci turdan yüz faiz dolan universitetlər Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Diplomatiya Akademiyasıdır. Sədr bildirib ki, əvvəlki illərdə bölgələrdəki universitetlərdə qəbul planı, adətən, 50 faiz dolurdu. Amma bu il ilk dəfə olaraq 2 rayon ali təhsil müəssisəsində nəticələr çox yüksək olub. Lənkəran və Gəncə Dövlət Universitetlərindəki yerlər də 100 faiz dolub. M. Abbaszadə bildirib ki, özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərənlər plan yerləri 96 faiz dolan Qafqaz Universiteti və plan yerləri 94 faiz dolan Xəzər Universitetidir. Abbaszadə deyib ki, özəl ali məktəblər arasında ən aşağı nəticəni Təfəkkür, Asiya və Odlar Yurdu universitetləri göstərib. Hər üç universitet plan yerlərini cəmi 46 faiz doldura bilib.
Mətbuat konfransında TQDK sədri II qrup üzrə belə bir məlumat da açıqlayıb: “Bu il II qrup üzrə rus bölməsinin abituriyentləri üçün 294 plan yeri olsa da, buraya qəbulda cəmi 2 nəfər abituriyent iştirak edib. Azərbaycan bölməsi üzrə isə 89 boş yer qalıb. Birgə müsabiqə keçirilən boş ixtisasların sayı isə 280 olub. Ümumilikdə, II qrupda boş qalan yerlərin sayı 663-dür”.  M. Abbaszadə bu problemi aradan qaldırmaq üçün bütün ali məktəb rəhbərləri ilə əlaqə saxladıqlarını və ortaq bir həll yolu tapdıqlarını söyləyib. Beləliklə, II qrup üzrə rus bölməsi abituriyentləri üçün ayrılmış 294 yer birgə müsabiqəyə ayrılacaq və ümumilikdə, 663 yer birgə müsabiqədə iştirak edən abituriyentlərin seçiminə veriləcək”. M. Abbaszadə deyib ki, rus bölməsinin abituriyentləri üçün ayrılmış yerləri birgə müsabiqəyə verməklə, müsabiqədən kənarda qalan 1119 Azərbaycan bölməsi abituriyentinə şans yaradıblar.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=39695

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır