“Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində geniş “Bilik Günü” bayramı qeyd edilib

Respublikamızın bir sıra tədris müəssisələrində olduğu kimi, yeni tədris ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl Liseylərində, Mingəçevir, Gəncə, Şəki, Quba, Lənkəran, Ağdaş, Şirvan, Sumqayıt, “Dədə Qorqud”, “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında, Kafkas İlk öğretim okulunda  eləcə də digər tədris müəssisələrində geniş “Bilik Günü” bayramı qeyd edilib. Bu münasibətlə Liseylərdə dərs ilinin başlanması  ilə əlaqədar olaraq təntənəli mərasimlər keçirilib. Mərasimlər Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Tədbirlərdə iştirak edən “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren çıxış edərək yeni başlanan hər bir tədris ilinin “Çağ” Öyrətim İşlətmələrinin bütün tədris müəssisələri üçün əsl bayram olduğunu söyləyib. 2011-2012-ci tədris ilində daha yüksək uğurlara imza atmaq üçün məsuliyyətlə çalışmağın vacibliyini bildirib. Daha yüksək nailiyyətlərin qazanılması üçün isə məktəb kollektvi ilə bərabər valideynlər də çalışmalı olduğunu xüsusi qeyd edib. Daha sonra bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda 600-dən yuxarı bal toplamış məzunları və dünyanın müxtəlif ölkələrində keçirilmiş Beynəlxalq Fənn Olimpiadalarında nailiyyətlər əldə etmiş şagirdləri təbrik edərək onlara mükafatlar təqdim edib. Yeni dərs ilində Liseyin müəllim və şagirdlərinə təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. Mərasimlərdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək, liseylərin otən tədris ilində əldə etdiyi nailiyyətlərdən, TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda eləcə də Fənn Olimpiadalarında şagirdlərin qazandıqları uğurlarından, bu nailiyyətlərin daha da artması üçün məktəblərdə lazımi şəraitin təşkil olunmasından danışıb.  Yeni tədris ilində liseylərin müəllim şagird və kollektivinə uğurlar diləyib.  

Bundan başqa, “Qafqaz” Universiteti və “Araz” Kurslarında da yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir. 

 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF