Ən yaxşı 700 universitet siyahısına Azərbaycanın 3 ali məktəbi düşüb

“QS World University Rankings-2011” təşkilatı dünyanın 700 top universitetinin siyahısını dərc edib. Bakı Dövlət Universitetinin (BDU) bu siyahıda 643-cü yerdə qərarlaşıb. Müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumatın təhlilindən sonra 712 ali məktəbin daxil edildiyi reytinq cədvəlində Azərbaycanın daha 2 təhsil ocağının adı var.
 
Bunlar Qafqaz Universiteti və Xəzər Universitetidir.

Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha 80 yeni universitet əlavə edilib. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir. Qiymətləndirmə zamanə beş əsas göstərici nəzərə alınıb: tələbə və professorların nisbəti, tələbə və professor-müəllimlərin beynəlmiləlləşdirilmə səviyyəsi, sitat gətirmə indeksi, işəgötürənlər arasında nüfuzu və akademik nüfuzu.
Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20,000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 top universitetlər siyahısına düşmək dünyada 4% təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.
“QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities,  Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=40344
  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF