BDU-da II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumu keçirilir


28.10.2011 16:26
Bu gün Bakı Dövlət Universitetində “İnformasiya-Kommunikasiya Texnologiyaları və Şəxsiyyət Hüquqları” adlı II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumun plenar iclası öz işinə başlayıb. Tədbir Qafqaz Universiteti, Türkiyənin Özyeğin Universiteti və BDU-nun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov simpoziumun əhəmiyyətindən danışıb. Məlum olub ki, simpoziumun keçirilməsində məqsəd Azərbaycanda hüquq elminin davamlı inkişaf etdirilməsini təmin etmək, elmi kadrların hazırlıq səviyyəsini daha da artırmaq, informasiya-kommunikasiya texnologiyalarının hüquq elminin müxtəlif sahələrinə dair elmi tədqiqatların müzakirəsini təmin etmək və bunun nəticələrini hüquq ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanda elmə, təhsilə böyük önəm verildiyini deyən akademik, ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirməyin vacibliyini xatırladıb.
Sonra Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut, Özyeğin Universitetinin hüquq fakültəsinin dekanı, professor Yener Ünver və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış ediblər.
Qeyd edək ki, altı bölmədən ibarət olan simpozium iki gün davam edəcək.

http://www.azeroo.com/news_index.php?action=news_detail&news_id=17062

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF