“Çağ” da 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd edildi

Bayramınız mübarək, əziz müəllimlər!
5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Çağ” Öyrətim İşlətmələrinin bütün müəssisələrində özlərinin peşə bayramını qeyd ediblər. Bu münasibətlə Bakı Özəl Türk Liseyində geniş bayram tədbiri keçiriblər. Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, “Araz” Kurslarının müdiri İrfan Uzundemir və Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu çıxış edərək  bildiriblər ki, 1966-cı ilin oktyabr ayının 5-dən  başlayaraq keçirilən müəllimlərin peşə bayramı hazırda dünyanın yüzlərlə ölkəsində qeyd edilir. Sonra, müəllim peşəsinin, müəllim adının ucalığından söhbət açaraq dedilər ki, hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıblar. Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. Bu işi möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. O, müəllimin, məktəbin nüfuzunun artması, yüksəlməsi məqsədi ilə qəti addımlar atır. Dövlət büdcəsinin xeyli hissəsi təhsilin inkişafına yönəldilir. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalıb. O, deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
 

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF