Müvəffəqiyyətlərin “ballı” ünvanı - Araz Hazırlıq Kursları



TQDK imtahanlarında ötən il 5, bu il isə 2 dinləyicimiz 700 bal toplamışdır. 600-dən yuxarı bal toplayanların sayı isə ötən il 125, bu il isə 220 nəfər olmuşdur. Məzunlarımızdan 17-si Prezident təqaüdçüsüdür.
 
Hamıya məlumdur ki, universitet tələbəsi adını qazanmaq üçün orta məktəbin son siniflərində xüsusi hazırlıq tələb olunur. Bundan ötrü şagirdlər ya repetitor yanına getməli, ya da hazırlıq kurslarında dinləyici olmalıdırlar. Əvvəlki kimi repetitor yanına getmək artıq özünü doğrultmur. Belə ki, repetiror yanına getmək baha başa gəlir, həm də bu, şagirdlərin əlavə vaxt itkisi və yorğunluğuna səbəb olur. Odur ki, onlar hazırlıq kurslarını seçirlər. Hazırlıq kursu deyəndə isə, ağla ilk gələn Araz Hazırlıq Kurslarıdır.
 Artıq 19 ildir ki, Araz Hazırlıq Kursları Azərbaycanda fəaliyyət göstərir. Hazırda Azərbaycanın 10 şəhərində 12 kurs abituriyent hazırlığı ilə məşğul olur. Hər il göstərilən uğurlu nəticələr (respublika birinciləri, Prezident təqaüdçüləri, yüzlərlə 600-dən yuxarı bal toplayanlar, son iki ildə 7 nəfərin 700 bal yığaraq respublika birincisi olması) Araz Hazırlıq Kurslarının nəyə qadir olduğunu göstərir. Şübhəsiz ki, bu nəticələrdə Sumqayıt Araz Hazırlıq Kurslarının da payı az deyil. 1997-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərən “Araz”  ildən - ilə öz nəticəsini yüksəltməkdədir.
Son üç ilin nəticələrinə baxsaq görərik ki, 2008/2009-cu tədris ilində 14, 2009/2010-cu tədris ilində 15, 2010/2011-ci tədris ilində isə 26 nəfər 600-dən yuxarı bal toplamışdır, 4 nəfər Prezident təqaüdçüsüdür. Dinləyicilərin 93%-i tələbə adını qazanmışdır. Nəticələrin xeyli yüksək olduğunu görürük.
 Bəhrəsi əla olan işin özülü, təməli sağlam təməllər üstündə atılmalı, çox zəhmət çəkilməlidir. “Araz”ın çox gənc və savadlı kadrlardan ibarət kollektivi var. Kursda olduğumuz müddətdə tələbə-müəllim münasibətlərinin fərqli, daha doğrusu, olduqca səmimi olduğunun şahidi olduq. Müəllimlər üzügülər, gənc, cavan və mehribandırlar. İnsan onlarla söhbətdən yorulmur, əksinə həzz alır. Onlar insana daim ümid aşılayırlar. Sadəcə, çöhrələrinə baxan insan bu müəllimlərdə bir humanizm işığının olduğunu görür. Bu da dinləyicilərə öz müsbət təsirini göstərir. İş rejimi ciddi intizam üzərində qurulub. İşlərində ciddiyyət və səmimiyyətə bərabər səviyyədə yer veriblər. Müdirindən ta xidmətçisinə qədər hər bir işçisi bu müəssisədə işləməyi ilə fəxr edir.
 Müəllimlər, bir az əvvəl də qeyd etdiyimiz kimi, cavan, enerjili və savadlıdırlar. Savadlı olduqları kimi, həm də çalışqan və əzmkardırlar. Bildiklərini şagirdlərinə böyük maraqla və həvəslə verməyə çalışırlar.
 Müəllimləri ağ xalatda gördük. Səbəbi ilə maraqlandıq və təqdir etdik. Bildirdilər ki, ağ xalat geyinən müəllim təmiz olur. Müəllimlərinin geyindiyi ağ, tələbələrinə - dinləyicilərə bəyaz gələcək aşılayır və s.
Sonda kursun rəhbəri Ramazan Uslu ilə görüşüb ona bir neçə sualla müraciyət etdik.
Sual: Dərs prosesi necədir ?
Cavab: Bizdəki dərs prosesi belədir ki, qızlarla oğlanlar ayrı - ayrı vaxtlarda təhsil alırlar. “Araz”da 9,10 və 11-ci siniflərdə oxuyan şagirdləri kursa qəbul edirik. Həftənin tək günləri (3 gün) oğlanlara, cüt günləri (3 gün) qızlara dərs keçilir. Dərslər saat 14:30-da başlayıb, saat 19:05-də qurtarır. Qruplarda minimum 7, maksimum 12 nəfər olur. “Araz”da  şagirdlərə 5 fənn üzrə hazırlıq keçilir. Qruplar üzrə universitetə hazırlıq kitabları, test bankları, aylıq mövzu üzrə sınaqlar, həftəlik sınaqlar və hər ay mövzuların izahı və imtahan barədə məlumatlar olan “Araz” jurnalı şagirdlərə ödənişsiz verilir. Yayda Araz kursuna qeyidiyyatdan keçən şagirdlərə 3 dəfə yay sınaq imtahanları ödənişsiz keçilir. Sinif rəhbəri hər həftə şagirdlərin valideynləri ilə mütəmadi əlaqə saxlamalı və şagird haqqında məlumat verməlidir. Ümumiyyətlə, ildə iki dəfə valideynlərə “Şagirdlərin müvəffəqiyyəti üçün nələr edilməlidir?” mövzusunda seminarlar keçirilir. Şagirdlərə psixoloji məsləhətlər də verilir.
Sual: “Araz”da şagird qəbulu necədir?
Cavab: Araz kursları hər ilin aprel ayında imtahanla şagird qəbul edir. Bu qəbulda əsasən savadlı şagirdlərə önəm verilir. Bu imtahanda qruplar üzrə ilk 10 yeri tutan şagirdlərə təhsil haqqından güzəştlər edilir. I yerə çıxan şagirdlərə - 75%, II-III yer tutan şagirdlərə - 50%, IV-V- VI yeri tutan şagirdlərə - 30%, VII-VIII-IX-X yeri tutan şagirdlərə - 20%, ikinci il təhsil alan şagirdlərə - 20%, bir ailədən iki nəfər oxuyarsa - 10%, müharibə əlilləri və valideynləri olmayan şagirdlərə - 10% güzəşt edilir. Bunu da xüsusi qeyd etmək lazımdır ki, TQDK imtahanında 600-dən yuxarı bal toplayan şagirdlərə 150 manatdan 1500 manata qədər pul mükafatı verilir.
Sual: “Araz” kurslarına müəllim qəbulu necədir?
Cavab: Araz kurslarında müəllim işləmək üçün savadlı, çalışqan və can yandıran olmaq lazımdır. Sumqayıt Araz Hazırlıq Kurslarının bütün müəllim kadrları Azərbaycan vətəndaşıdır. Müəllimlər işə imtahanla götürülürlər. Hər il may ayında müəllimlər üçün qəbul imtahanı keçirilir və onun əsasına görə yüksək nəticə göstərən müəllimlərin dərsinə qulaq asılır və ehtiyaca görə işə götürülürlər. Ancaq bir problem var. “Araz”da müəllim olmaq istəyən 10 nəfər deyil, 15 nəfər deyil; iki il əvvəl 100, ötən il isə 180 nəfəri keçib. İmtahan qurtarmır. Amma əsas müəllim kadrları Araz Kursları Baş idarəsi tərəfindən göndərilir.
Sual: Müəllimlərin iş rejimi necədir ?
Cavab: Müəllimlərə hər həftə yarım gün Araz kurslarının metodistlərinın başçılığı altında fənn zümrələri keçirilir. Zümrədə fənn müəllimləri gələcək həftə keçiləcək mövzuları, sualları metodistlərlə müzakirə edirlər. Hər ay müəllimlər də şagirdlər kimi imtahan olunurlar. Hər rübdə bütün Araz Kursları fənn müəllimlərinə seminar keçirir.
 Xoş təəssüratlarla Sumqayıt “Araz” Hazırlıq Kurslarından ayrıldıq. Bir  daha Ramazan Uslu bəyə və onun rəhbərlik etdiyi kollektivə müvəffəqiyyətlər, uğurlar arzulayırıq.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41698

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır