Qafqaz Universitetində “Təhsilimizin ulduzları- 2011” mövzusunda tədbir keçirilmişdir




Bakı, 8 oktyabr (AzərTAc). Oktyabrın 8-də Qafqaz Universitetində “Təhsilimizin ulduzları - 2011” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə bu il “Çağ” Öyrətim İşlətmələri Şirkətinin (ÇÖİŞ) təhsil müəssisələri şagirdlərinin beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir.
Müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin, tələbələrin, şagirdlərin iştirak etdikləri tədbirdə ÇÖİŞ idarə heyətinin sədri Ənvər Özərən ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, qardaşlıq münasibətlərindən danışan Ə.Özərən dahi şəxsiyyət Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin inkişaf mərhələlərindən bəhs edən Ə.Özərən bu qurumun ölkəmizdə fəaliyyət göstərən liseylərində və digər təhsil ocaqlarında qazanılan nailiyyətləri diqqətə çatdırmış, Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Gürcüstan, Tayvan və digər ölkələrdə keçirilən olimpiadalarda şagirdlərin xeyli qızıl, gümüş və bürünc medallara layiq görüldüklərini bildirmişdir. 
Eyni zamanda qeyd edilmişdir ki, 2011-2012-ci tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 700 bal toplayan 4 abituriyentin hamısı Qafqaz Universitetini seçmişdir. Bu il Qafqaz Universitetinə qəbul olunmuş tələbələrdən 25-i Prezident təqaüdünə layiq görülmüşdür.

Digər çıxış edənlər də qeyd edilən təhsil müəssisələrində qazanılan uğurlardan danışmışlar.
Tədbirdə beynəlxalq olimpiadalarda uğur qazanan Qafqaz Universitetinin tələbələrinə və müvafiq təhsil müəssisələrinin şagirdlərinə mükafatlar təqdim edilmişdir.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır