Təhsilimizin ulduzları

Hər il dərs ilinin başlanğıcında, bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim Şirkəti “Təhsilimizin ulduzları” adlı proqram  keçirir. Proqramda  Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe olan, ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim şirkətinin təhsil müəssisələrində məzun olmuş və yüksək bal toplayaraq seçdikləri ali məktəblərə qəbul olunmuş məzunlarla, həmçinin dərs ili ərzində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər mükafatlandırılır.
  Bu il oktyabrın 8- də “Qafqaz” universitetində Azərbaycan Respublikası bərpasının 20-ci ildönümünə və “Çağ Öyrətim İşlətmələrinin fəaliyyətə başlamasının 20-ci il dönümünə həsr olunmuş həmin tədbir keçirildi. Mərasim iştirakçıları əvvəlcə, ənənəvi olaraq Ümumilli Liderimiz və “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhid müəllimlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndi. Bundan sonra “Çağ” Öyrətim  İşlətmələrinin fəaliyyətindən, eləcədə Beynəlxalq fənn olimpiadalarında qazanılan qələbələr və məzunlarının ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı filmin nümayişi olundu. Tədbirdə çıxış  edən “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr.Enver Özeren toplantı iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında məlumat verdi. Sonra çıxışına davam edərək bildirdi ki, iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsi daha da qırılmaz tellərlə bağlanması istiqamətində birlikdə müştərək bu tədbiri həyata keçiririk. Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Çağ Öyrətim İşlətmələri ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci illiyi üst-üstə düşür. Bu bizi hədsiz sevindirir. İlk dəfə xarici ölkələr arasında təhsil sahəsində Naxçıvan Muxtar Respublikasında imzalanan sazişlə başlayan fəaliyyətləri bu gündə uğurla davam edir. Bu Ümummilli Liderin uzaqgörən siyasətinin dostluq qardaşlığın bariz nümunəsidir. “Çağ”da etimada sədaqətlə öz fəaliyyətini davam etdirir. Bu günə qədər tədris müəssisələrinin şagirdləri 500-ə yaxın qızıl, gümüş və bürünc medallar qazanmışlar. Qafqazın yüksələn ulduzu olan Azərbaycan hər ötən ildə nailiyyətlərini daha da artırır. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə keçirdiyi qəbul zamanı ən yüksək bal toplamış abituriyentləri onların valideynlərini onların təhsil aldığı orta ümumtəhsil məktəblərini buuğurların əldə olunmasında zəhməti olan bütün insanları təbrik edirik. Bu Ümummilli Liderin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözləri və təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. “Çağ” Öyrətim İşlətmələri Şirkəti bundan sonrakı illərdə də təhsildə uğurlarını etimada sədaqətlə davam etdirəcək.
Sonra, 2010 -2011-cu tədris ilində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edən şagirdlərin və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların  və 263 eləcədə 299 saylı orta məktəblərin direktorları Bayram Qasımov və  Solmaz xanım Kərimovanın təltif edilməsi və mükafatlandırılması mərhələsinə keçildi. Məktəb rəhbərləri, şagird və məzunlar pul və sertifikatlarla təltif edildilər. Mükafatları Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu, millət vəkilləri Çingiz Qənizadə, Flora xanım Kazımova və Aydın Mirzəzadə, “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Sanic, “Turizm” Universitetinin rektoru Zəfər Zəfərov, Azərbaycan Respublikası Təhsil Şurasının sədri prof. Əjdər Ağayev, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, TUSİAB-ın sədri Murat Bakır, ”Zaman” qəzetinin Baş direktoru Süleyman Ünal, Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Qulu Novruzov təqdim  etdilər.
Tədbirdə Millət vəkili Çingiz Qənizadə çıxış edərək Azərbaycan gənclərinə təhsildə yaxından kömək etdikləri üçün, belə gözəl tələbələri yetişdirdikləri üçün “Çağ” Öyrətim Şirkətinə təşəkkür etdi.
Milli Məclisin üzvü Flora xanım Kazımova nailiyyət əldə etmiş gəncləri təbrik edərək dedi ki, mən özümdə müəlliməyəm bu şagirdlərin sevincini yaxşı başa düşürəm. Bu gənclərə baxanda Azərbaycanın gələcəyini işıqlı görürəm. Biz nəsil öz yerimizi bilikli gənclərə veririk. Bu gənclərin yetişməsində bizə dayaq olanlara öz minnətdarlığımı bildirirəm. Onların bünövrəsi möhkəm olduğu üçün onları itirməməliyik onlara arxa dayaq olmalıyıq.
 Millət vəkili Aydın Mirzəzadə çıxışına tədbir iştirakçılarını və təhsildə nailiyyət əldə etmiş şagirdləri və abituriyentləri salamlamaqla başlayaraq bildirdi ki, 650- 700 bal toplayan şagird yetişdirmək həqiqətəndə Azərbaycan üçün böyük nailiyyətdi. Bütün bunlara görə Türkiyəli qardaşlarımıza təşəkkür edirəm bu yolda hər birinə uğurlar arzulayıram. Ən yüksək mükafatlara layiq görülən və qəbul imtahanlarında ən yüksək bal toplayan gənclərə hədiyyələrini təqdim edən nazir müavini Qulu Novruzov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış “Çağ” Öyrətim Şirkəti oktyabr ayında hər bir kəsə təhsil sevinclərini yaşatmaqdadır. Belə bir sevincli günü bizə yaşatdığına görə “Çağ” Öyrətim İşlətmələrinə təşəkkür edirəm. Fürsətdən istifadə edib Azərbaycan Təhsil Naziri Misir Mərdanovun salamlarını sizlərə çatdırmaq istəyirəm. Hamıya belə sevincli anları tez-tez yaşamağı arzu edirəm. Doğrudanda Azərbaycanda təhsil sevinclərini yaşamaq nə gözəlmiş. “Çağ” Öyrətim Şirkəti Azərbaycanda yeni texnologiyalar yeni metodika təhsilə yeni yanaşma gətirdi. Azərbaycanda aparılan təhsil islahatlarının, dövlətin təhsilə göstərdiyi qayğının nəticəsi olaraq böyük bir stimul oldu. Azərbaycanda təhsil müəssisələri arasında rəqabətə aparıb çıxardı. Bu gün“Çağ” Öyrətimin təhsil müəssisələri ilə rəqabətə girə bilən çox saylı təhsil müəssisələri vardır. Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən davamlı inkişafı  təmin olunan diqqət və qayğı göstərilən Azərbaycan Təhsili etibarlı çiyinlərdədir. Bu gəncləri görəndə bird aha əmin olursan ki, arxamızca çox güclü, bacarıqlı, qabiliyyətli bizim bacara bilmədiyimizi bacaran bir nəsil gəlir. Bu yeni nəslə müvəffəqiyyətlər diləyirəm.
Tədbirdən sonra qonaqlar “Qafqaz” Universiteti ilə yaxından tanış olmaq imkanı əldə etdilər. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

  http://www.cag.edu.az/haber.php?id=302

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF