Türkiyə Prezidentinin Maliyyə Müşaviri liseydə

Oktyabrın 22-də Türkiyə Cumhuriyyətinin Prezidentinin Maliyyə Müşaviri Durmuş Yılmaz  Bakı Özəl Türk Liseyində olub. Qonağı Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver və “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniç səmimiyyətlə qarşılayıblar. Sonra H. Ünver rəhbərlik etdiyi tədris müəssisəsinin  fəaliyyəti təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Şagirdlərinin beynəlxalq və respublika olimpiadalarında qazandıqları uğurlarından və məzunlarının dünyanın bir çox ali tədris müəssisələrində təhsillərini davam etdirmələrindən danışıb. Sonra Türkiyəli qonaq liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası ilə yaxından tanış olub. Burada şagirdlər üçün hazırlanmış şəraitdən, məktəblilərin əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. Yeni tədris ilində təhsildə lisey kollektivinə uğurlar arzulayıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır