"Unutmağa kimsə yox" ...

28 October, 2011
Qafqaz Universitetində Azərbaycan Yazıçılar İttifaqının üzvü, yazıçı-dramaturq, şair, ədəbi tənqidçi, ictimai xadim Kamal Abdulla ilə görüş keçirildi. Universitetin ədəbiyyat klubunun təşkilatçılığı ilə keçirilən tədbiri   giriş sözü ilə açan universitetin prorektoru, professor Niftalı Qocayev bu görüşün tələbələr üçün böyük əhəmiyyətə malik olacağını vurğuladı.
Görkəmli ədibin həyat və yaradıcılığı haqqında slaydın nümayişi ilə başlayan görüş şair Ramiz Rövşənin Kamal Abdullaya ithaf etdiyi “Bir ovuc suda” şerinin və müəllifin “Unutmağa kimsə yox” romanından bir hissənin səsləndirilməsi ilə davam  etdi.
Kamal Abdulla görüş iştirakçılarının xüsusi marağına səbəb olan  “Unutmağa kimsə yox” romanı və  Azərbaycan ədəbiyyatı, dili, mədəniyyəti, müasir ictimai-siyasi durumu ilə bağlı sualları cavablandırdı.  Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edildi.
Qafqaz Universitetinin tələbələri ilə görüşdən aldığı təəssüratları minnətdarlıq hissləriylə ifadə edən Kamal Abdulla Ədəbiyyat klubunun üzvlərinə kitablarını müəllif imzası ilə hədiyyə edib, xatirə şəkilləri çəkdirdi.
http://qu.edu.az/view_news.php?news=1019&link=49&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır