Kayıtlar

Kasım, 2011 tarihine ait yayınlar gösteriliyor

Yüzlərlə fəal bloqçu “Sumqayıt bloq günü”ndə bir araya gələcək

Resim
3-4 dekabr tarixlərində Qafqaz Universitetində “Sumqayıt bloq günü” tədbiri keçiriləcək. Gün.Az -ın verdiyi məlumata görə, Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edəcəklər. “Sumqayıt bloq günü”nün əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq internetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etməkdir. Tədbir zamanı iştirakçılar Sumqayıt şəhəri ilə yaxından tanış olmaqla yanaşı, həm də sosial media və bloqlarla bağlı maraqlı yeniliklərə dair biliklər əldə edə biləcəklər. Belə ki, iki hissədən ibarət olan tədbirin birinci hissəsində gənclərlə hökumət nümayəndələrinin informasiya texnologiyalarının təhsilə tətbiqi, elektron hökumət və s. mövzular üzrə birgə müzakirələr təşkil olunacaq. Bu müzakirələrdə gənclər onları düşündürən sualları səsləndirməklə yanaşı, dövlə

Qafqaz Universitetində “Muğam xalqımızın sərvətidir” adlı muğam gecəsi keçirildi.

Resim
Muğam xalqımızın sərvətidir 29November, 2011  Muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Gənc nəslin muğamlara meyilliliyini artırmaq və milli ənənələrimizi gələcək nəsillərə ötürmək məqsədilə  universitetdə “Muğam xalqımızın sərvətidir” adlı muğam gecəsi keçirildi. Qafqaz Universitetinin “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə keçirilən gecədə çıxış edən respublikanın əməkdar artisti Valeh Rəhimov Azərbaycan xalqının ən dəyərli irsi haqqında ətraflı məlumat verdi. Valeh Rəhimov milli muğam sənətinin ümumdünya səviyyəsində tanıdılmasında  YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini dəyərləndirərək, onun milli musiqimizi, muğamlarımızı yenidən dirçəldərək özümüzə qaytardığını vurğuladı. Azərbaycan musiqi mədəniyyəti tarixində öz dəst-xətti, üslubu ilə seçilən respublikamızın xalq artisti, məşhur muğam ust

Onlar Qafqaz Universitetində oxuyurlar

Resim
         Artıq beşinci ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth olunur. 2011- ci ildə keçirilən Tələbə qəbul imtahanlarının nəticəsi açıqlananda ümumi respublika üzrə 700 bal toplayan 4 tələbənin 4 -də Qafqaz Universitetini seçdilər. Tələbə adını qazanmış bu 4 gənc 700 ballıq nəticə ilə imtahan verdiyi I qrupun və bütövlükdə builki abituriyentlərin liderinə çevrildilər. “Abituriyent" jurnalının yenicə çapdan çıxmış 11-ci sayı qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclərə həsr edilmişdir. Jurnalda Prezident təqaüdçüləri ilə TQDK-da keçirilmiş görüş, hər bir yüksək ballı gənc haqqında məlumat, topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta təhsil müəssisəsi, onlarla keçirilmiş anket sorğusunun nəticələri, rəy və təklifləri, qəbula hazırlaşan şagirdlərə tövsiyələr, həmçinin ən yüksək nəticə göstərmiş abituriyentlərlə müsahibələr və digər maraqlı materiallar dərc edilmişdir. "Abituriyent" Jurnalının  11-

Mən etiraf etdim, bəs sən?

Resim
28 November, 2011 Müasir cəmiyyətdə televiziya, kompüter, mobil telefon, internet kimi yeni texnologiyalar insan həyatını asanlaşdırmaqla yanaşı, onu real ünsiyyətdən uzaqlaşdırır. Sosial şəbəkələrdə gənclərimizin yaratdığı virtual dünya onların daxilində yaranan boşluğu dolduraraq real dünyadan uzaqlaşmağa şərait yaradır. Təcrübə göstərir ki, şəbəkə resurslarından kəskin istifadə ünsiyyətdə gizli kompleks və çətinliklərin olması səbəbindən qaynaqlanır. Tələbə gənclərə özünü sərbəst ifadə etmək imkanlarının yaradılması məqsədilə “Düşüncə” klubunun təşəbbüsü və təşkilatçılığı ilə universitetdə silsilə seminarlar keçirilir. Sosial şəbəkələrdəki zahiri və xəyali ünsiyyətdən fərqli olaraq “Etiraf və mən” mövzusuna həsr olunan ilk seminar məşğələsi tələbələrin etdikləri yalnışları, günahları rahat etiraf edə bilmələrinə imkan yaratdı. Psixoloq Hüseyn Xəlilovun yaratdığı qarşılıqlı anlaşma şəraitində

ATÖL 2004

Çağ Öğretim İşletmeleri Azerbaycan Türkiye Özel Liseleri Tanıtım Filmi 2004 

Qafqaz Universitetində “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda seminar keçirilmişdir

Resim
Bakı, 26 noyabr (AzərTAc). Qafqaz Universitetində “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda seminar keçirilmişdir. AzərTAc xəbər verir ki, universitetin Sosial İqtisadi Tədqiqatlar Mərkəzi (SİTM) tərəfindən təşkil olunmuş seminarda SİTM-in müdiri Sənnur Əliyev, Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktoru Emin Hüseynov və digər mütəxəssislər Avropa ölkələrində böhranın yaranma səbəbləri, böhrandan çıxmaq üçün atılan addımlar, həmçinin böhranın digər ölkələrə təsirlərindən danışmışlar. Həmin böhranın Azərbaycana təsir etməməsi üçün reallaşdırılan tədbirlərdən bəhs edən natiqlər atılan doğru addımlar nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini vurğulamışlar. Sonra mövzu üzrə müzakirələr aparılmışdır. http://www.azertag.com/node/888153 

Hazırlıq sinifləri arasında XI mini futbol turniri keçirildi

Resim
Qalib 2-A sinfidir   26 November, 2011, İdman şöbəsinin təşkilatçılığı ilə Universitetin  Hazırlıq sinifləri arasında XI mini futbol turniri keçirildi. Turnirdə 12 komanda iştirak etdi. Final görüşündə 2-A sinfi ilə 2-C sinfi qalibiyyət uğrunda mübarizə aparırdı. Gərgin keçən 50 dəqiqəlik final oyununda 2-A sinfinin futbolçuları rəqiblərini 6-4 hesabı ilə məğlub edərək, çempion adına layiq görüldülər. Universitet rəhbərliyi qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı.  http://qu.edu.az/view_news.php?news=1156&link=446&lang=az

Gələcək jurnalistlərlə bir saat

Resim
Süleyman Ünal s.unal@zaman.az   Qafqaz Universitetində bu il jurnalistika fakültəsi açıldı. Bir neçə gün əvvəl həmin bölümün tələbələri “Ədalət” qəzetinin Baş redaktoru İradə Tuncayı, “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğlunu, “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlını və “Zaman-Azərbaycan” qəzetindən də məni görüşə dəvət etmişdilər. Universitet tələbələri qarşısına çıxmağın, onların suallarını cavablandırmağın hər ölkədə çətin iş olduğunu yaxşı bilirəm. Jurnalist

Qafqaz Universitetində “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda seminar keçirilib

Resim
“Avropanın maliyyə böhranı və onun regional təsirləri” 04:03 / 26.11.2011 Qafqaz Universitetində dünən növbəti seminar keçirilib. “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda keçirilən seminarın təşkilatçısı Qafqaz Universiteti Dünya İqtisadiyyatı Bölməsinin və Sosial-iqtisadi Tədqiqatlar Mərkəzidir. Seminarda Avropa ölkələrində böhranın yaranma səbəbləri, böhrandan çıxmaq üçün atılan addımlar və onların məntiqi ardıcıllığı, böhranın avropa Birliyinin gələcəyinə gö.stərəcəyi mümkün təsirlər, böhranın digər ölkələrə təsirləri, Azərbaycanın bu böhrandan təsirlənməməyi üçün həyata keçirtdiyi pul siyasəti və s. istiqamətlərdə müzakirələr aparılıb. İlk olaraq çıxış edən Qafqaz Universitetinin Sosial-iqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Sənnur Əliyev çıxışında Avropada iqtisadi inteqrasiya qərarının verilməsi, burada rol oynayan iqtisadi və siyasi motivlər, həmçinin birlik üçün xarakterik olan maliyyə böhranlarının xarakteristikası barədə məlumat ver

Bir şiirin hikayesi: Neler olur dünyamızda

Resim
Qurtarsa müharibələr, Gəlsə sevinc, getsə kədər, Dost olsa bütün ölkələr Nələr olar dünyamızda. Bu misralar Rəşid Ramazanovun “Nələr olar dünyamızda” şerinin bir bəndindəndir. Rəşad bu şeri yazanda onun cəmi 12 yaşı olub. İndi Rəşidin 19 yaşı var və o, Qafqaz Universitetinin 1-ci kurs tələbəsidir. Amma özünün də dediyi kimi, 3 bənddən ibarət bu şer onun həyatını kökündən dəyişib. Baş verən bu hadisələr doğurdan da həm Rəşidə, həm də onun ailəsi üçün gözlənilməz olub. Doğrudan da nələr olur dünyamızda? Hər şey doğrudan da balaca Rəşidin “Nələr olar dünyamızda” şerindən başlayıb. Daha doğrusu, Azercellin 2004-cü ilin dekabr ayında uşaqlar arasında elan etdiyi “DE!” şer və hekayə müsabiqəsindən başlayıb. Qeyd edək ki, “DE!” layihəsinin əsas məqsədi istedadlı uşaqları üzə çıxarmaq idi. Bu məqsədə nail olmaq üçün Azercell bütün bölgələrdən olan uşaqların iştirakını təmin etdi. Ona görə də ölkəmizin hansı bölgəsində, ailədə və yaxud internatda yaşamasın

“TİKA və onun son bir ildə Azərbaycandakı fəaliyyəti” mövzusunda seminar keçirilmişdir

Resim
Bakı, 24 noyabr (AzərTAc). Qafqaz Universitetində “Türkiyə Respublikasının Baş Naziri Aparatının Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) və onun son bir ildə Azərbaycandakı fəaliyyəti” mövzusunda seminar keçirilmişdir. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, seminarda TİKA-nın Azərbaycan üzrə proqram əlaqələndiricisi Salih Polat mövzu üzrə məruzə etmişdir. Bildirmişdir ki, TİKA dünyanın 26 ölkəsində ofis açmış, 100-dək ölkə ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Qurumun Azərbaycandakı ofisinin fəaliyyətə 1994- cü ildən başladığını xatırladan S.Polat Azərbaycanda, o cümlədən Qafqaz Universitetində reallaşdırdıqları layihələrdən və onun əhəmiyyətindən də bəhs etmişdir. http://www.azertag.com/node/887380

TİKA Azərbaycan təmsilçisi Qafqaz Universitetində seminar verdi

Resim
02:13 / 25.11.2011 Dünən Türkiyə Respublikası Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Türkiyə işbirliyi və koordinasiya baş idarəsinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Dr. Salih Polat Qafqaz Universitetində “Türkiyə Respublikası Başnazirliyinin Türkiyə işbirliyi və koordinasiya baş idarəsi və son bir ildə Azərbaycandaki fəaliyyətləri” mövzusunda seminar verib. Salih Polat qurumun 1992- də Türkiyə Xarici İşlər Nazirliyinə bağlı olaraq qurulduğunu, 1999-cu ildən etibarən Türkiyə Başnazirliyinə bağlı olaraq fəaliyyət göstərdiyini qeyd edib. TİKA hal hazırda Türk cümhuriyyətləri başda olmaq üzrə dünyanın 26 ölkəsində ofis açaraq, dünyanın yüzə yaxın ölkəsi ilə işbirliyi formatında fəaliyyət göstərməkdədir. Qurumun Azərbaycandakı ofisinin fəaliyyətlərinə 1994-cü ildən başladığını deyən Salih Polat bugünə qədər Azərbaycanda birçox layihənin reallaşdırıldığını qeyd edib. Qurumun 2011-ci ildə həyata keçirdiyi layihələrdən bəhs edən Polat bu il üçün nəzərdə tutulan la

TİKA gələn il Azərbaycanda 100-dək layihə həyata keçirəcək

Resim
Türkiyə Nazirlər Kabineti yanında Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan üzrə proqram əlaqələndiricisi Salih Polat bu gün Qafqaz Universitetində seminar verib. Seminar TİKA-nın son bir ildə Azərbaycandakı fəaliyyətlərinə və gələcək planlarına həsr olunub. S. Polat TİKA-nın hazırda türk cümhuriyyətləri başda olmaqla, dünyanın 26 ölkəsində ofis açdığını söyləyib: “Bundan əlavə, TİKA dünyanın 100-ə yaxın ölkəsi ilə əməkdaşlıq etməkdədir. Qurum Azərbaycanda 1994-cü ildə fəaliyyət göstərməyə başlayıb”.  TİKA rəsmisi indiyə qədər Azərbaycanda həyata keçirilmiş layihələrin bütün sahələri əhatə etdiyini söyləyib: “2011-ci il üçün 65 layihə nəzərdə tutulub. Artıq bu layihələrdən 40-dan çoxu həyata keçirilib. Gələn ilin əvvəllərinə kimi qarşımıza qoyduğumuz 65 layihənin hamısını həyata keçirməyə çalışacağıq. Gələn il üçün bu layihələrin sayı 100-ə  çatdırılacaq”. S. Polat deyib ki, bu lay

Baş redaktorlar “qafqaz”ın tələbələri ilə görüşdü

Resim
Cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcək xəbərlərin verilib-verilməməsi vicdan məsələsidir” Dünən Qafqaz Universitetində Azərbaycanın bəzi nüfuzlu qəzetlərinin baş redaktorları ilə tələbələr arasında görüş keçirildi. “Zaman-Azərbaycan”ın baş redaktoru Süleyman Ünal, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı universitetin Jurnalistika fakültəsinin tələbələrinin suallarına cavab verməklə yanaşı, onlarla öz təcrübələrini də bölüşdülər. R. Arifoğlu tələbələrə jurnalistikanın çətinliklərindən qorxmamağı tövsiyə etdi.Jurnalistləri sözün əsgəri adlandıran R. Arifoğlu onların həqiqəti yazmağa məcbur olduqlarını bildirdi. İ. Tuncay isə jurnalistlərin bəzən jurnalist mövqeyindən deyil, vətəndaşlıq mövqeyindən çıxış etməli olduğunu söylədi. “Cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcək xəbərlərin verilib-verilməməsi vicdan məsələsidir”,- xanı

Bloqçular Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya gələcəklər.

Resim
Bloqçular Sumqayıt Bloq Günündə bir araya gələcək 24.11.2011 [23:42] Gənclər şəhəri gənclərin gözü ilə…...100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya gələcəklər Gənclər şəhəri gənclərin gözü ilə…... 3-4 Dekabr tarixlərində  Azərbaycanın 100-dən çox fəal bloqçu və sosial media istifadəçiləri  Barkamp Azərbaycan və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə  Qafqaz Universitetində "Sumqayıt Bloq Günü" tədbirində bir araya gələcəklər. Tədbirinin əsas məqsədi ölkə bloqçularını bir yerə toplayaraq İnternetdə və bloqlarda Sumqayıt şəhəri haqqında maraqlı yazıların artmasına kömək etməkdir.  Layihənin kordinatoru İlqar Mirzənin sözlərinə görə tədbir zamanı iştirakçılar Sumqayıt şəhəri ilə yaxından tanış olmaqla yanaşı, həm də sosial media və bloqlarla bağlı maraqlı yeniliklərə dair biliklə

TİKA Azərbaycan təmsilcisi Dr. Salih Polat Qafqaz Universitetində seminar verdi.

Resim
  Türkiyə Respublikası Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Türkiyə işbirliyi və koordinasiya baş idarəsinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Dr. Salih Polat Qafqaz Universitetində “Türkiyə Respublikası Başnazirliyinin Türkiyə işbirliyi və koordinasiya baş idarəsi və son bir ildə Azərbaycandaki fəaliyyətləri” mövzusunda seminar  verdi. Salih Polat qurumun 1992- də Türkiyə Xarici İşlər Nazirliyinə bağlı olaraq qurulduğunu, 1999-cu ildən etibarən Türkiyə Başnazirliyinə bağlı olaraq fəaliyyət göstərdiyini qeyd etdi. TİKA hal hazırda Türk cümhuriyyətləri başda olmaq üzrə dünyanın 26 ölkəsində ofis açaraq, dünyanın yüzə yaxın ölkəsi ilə işbirliyi formatında fəliyyət göstərməkdədir. Qurumun Azərbaycandaki ofisinin fəaliyyətlərinə 1994-cü ildən başladığını deyən Salih Polat bugünə qədər Azərbaycanda birçox layihənin reallaşdırıldığını qeyd edib. Qurumun 2011-ci ildə həyata keçirdiyi layihələrdən bəhs edən Polat bu il üçün nəzərdə tutulan layihələri

Qafqaz Universitetinin hazırlıq kursu tələbələri arasında yemək yarışması keçirildi.

Resim
Qafqaz Universitetinin Dialoq Qafqaz klubu və Dil Öyrətim Kordinatorluğu şöbəsinin təşkilatçılığı ilə hazırlıq kursu tələbələri arasında yemək yarışması keçirildi. Gənc tələbə qızlar azərbaycan, türk , o cümlədən müxtəlif xalqların kulinariya nümunələrini xüsusi bacarıqla nümayiş etdirdilər. Salat hazırlama, dolma bükmə, börək hazırlama və meyvələrin doğranıb, bəzədilərək süfrəyə verilməsi nümunələri üzrə yarışa qatılanlar qədim hazırlanma üsullarının spesifik xüsusiyyətlərini saxlamaqla yanaşı, müasir kulinariyanın da tələblərini geniş surətdə nəzə almışdılar. Dialoq Qafqaz klubunun hazırladığı əyləncəli –intellektual proqram yarişmaya marağı daha da artırdı. Tələbə qızlar təhsillə yanaşı,   kulinariya, incəsənət sahəsində də bacarıqlı olduqlarını göstərdilər.  Təqdim olunan nümunələr yüksək dad-tam keyfiyyətləri ilə münsifləri seçim prosesində çətinliyə salsa da, nəhayət qaliblər aşkarlandı. Salat hazırlama kateqoriyası üzrə Laçınxanım Hüseynli, do

Baş redaktorlar “Qafqaz”ın tələbələri ilə görüşdülər

Resim
Dünən Qafqaz Universitetində Azərbaycanın bəzi nüfuzlu qəzetlərinin baş redaktorları ilə tələbələr arasında görüş keçirildi. “Zaman-Azərbaycan”ın baş redaktoru Süleyman Ünal, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı universitetin Jurnalistika fakültəsinin tələbələrinin suallarına cavab verməklə yanaşı, onlarla öz təcrübələrini də bölüşdülər. R. Arifoğlu tələbələrə jurnalistikanın çətinliklərindən qorxmamağı tövsiyə etdi. Jurnalistləri sözün əsgəri adlandıran R. Arifoğlu onların həqiqəti yazmağa məcbur olduqlarını bildirdi. İ. Tuncay isə jurnalistlərin bəzən jurnalist mövqeyindən deyil, vətəndaşlıq mövqeyindən çıxış etməli olduğunu söylədi. “Cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcək xəbərlərin verilib-verilməməsi vicdan məsələsidir”,- xanım baş redaktor dedi. Jurnalistikanın yerli şəraitlərə uyğun fəaliyyət göstərd

Bu gün Bakû’ye kar yağıyor anne!

    Bu gün, Bakü'ye kar yağıyor anne! Melek kana-dından tüyler saflığında, ana kalbinden hisler aklığında yağıyor. Bembeyaz kelebekler uçuşuyor başlarımızın üstünde, titrek nağmeler duyuluyor seslerimizin ötesinde. Bu gün, hiç bulandırmadığın billur sevgin, asla toz kondurmadığın pak hislerin dolaşıyor hayâllerimde anne. Bir an, sesimi soluğumu, beyaz sessizliğe gömü-yor; hep içine hapsettiğin titrek nağmelerinin fısıltısını dinliyorum. Bu gün, Bakü'ye kar yağıyor anne! Bir nefeslik “kar şiirlerini” okuyorum; bir seyirlik kar re-simlerini süzüyorum. Kâh “Kar Musikileri” ile tarihten ince bir yaprak çeviriyorum; kâh bembeyaz tabiatın simasına çekilmiş “hatt-ı nurani” ile kendimden geçi-yorum. Bu gün, hep sakladığın çeşm - i giryânın sızıyor dörtlüğüme; yarım asırlık ıstırabın siniyor düşlerime...   Bu gün, Bakü'ye kar yağıyor anne! Bir an, boş avuç-larımı, binlerce dilden dökülen sırlı bir duayla doldu-ruyor; bir an, sığ duygularımı, aşk u şevkten divane pervanelere dönen

REDAKTORLAR GƏLƏCƏK JURNALİSTLƏRLƏ GÖRÜŞDÜLƏR

Resim
KİV rəhbərləri Qafqaz universitetində yeni açılmış Jurnalistika fakültəsinin tələbələrinin suallarını cavablandırdılar Bu gün Qafqaz Universitetində redaktorlarla tələbələrin görüşü keçirildi. Görüşdə “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu iştirak edirdilər. Görüşü universitetin jurnalistika kafedrasının müdiri professor Qulu Məhərrəmli aparırdı. Tədbirdən öncə Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç redaktorları universitet ilə yaxından tanış etdi. Rektor universitetdə yeni yaradılan labarotoriyalar, tikilən yeni yataqxana və korpusla redaktorları tanış etdikdən sonra bir neçə sinif otağını gəzdirib, keçirilən dərslərin keyfiyyəti barədə qonaqlara məlumat verdi. Daha sonra Qafqaz Universitetinin konfrans zalında yeni yaradılmış Jurnalistika fakültəsinin tələbələri ilə redaktorların görüşü baş t

Qafqaz Üniversitesi Tarihinden Konuklar Dergisi 2007

Konuklar_Dergisi_2007                                                                                                    FULLSCREEN

Qafqaz Üniversitesi Tarihinden Bülten 2004 No:2

Bulten_2004_No2                                                                                                    FULLSCREEN

Qafqaz Üniversitesi Tarihinden Bülten 2004 No:1

Bulten_2004_No1 FULLSCREEN

Qafqaz Üniversitesi Tarihinden Bülten 2002 No:2

Bulten_2002_No2                                                                                                    FULLSCREEN

Qafqaz Üniversitesi Tarihinden Bülten 2002 No:1

Bulten_2002_No1                                                                                                    FULLSCREEN

Qafqaz Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədr və idarə heyətinin seçkiləri keçirildi.

Resim
Oktyabrın 22-də Qafqaz Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədr və idarə heyətinin  seçkiləri keçirildi. Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyevin iştirak etdiyi seçkidə tələbə gənclər təşkilatının sədrliyinə irəli sürülən dörd namizəddən səs çoxluğu ilə Beynəlxalq İqtisadi Münasibətlər bölməsinin IV kurs tələbəsi Xətai Məmmədli qalib gələrək, TGT-nin sədri seçildi.  Tələbələrin özünün idarəetmə orqanı olan Tələbə Gənclər Təşkilatının respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında fəal iştirakını vurgulayan Əsgər Əmrəliyev universitetin ötən ildə bu istiqamətdəki işini müsbət dəyərləndirdi.  TCN-nin sədr və idarə heyətinin seçilmiş yeni üzvləri tələbələrin hüquqlarını qoruması, potensialının aşkarlaması, tələbə şəbəkəsi ilə əhatəsinin genişləndirilməsi,  onların asudə vaxtının təşkilində və ixtisaslarının təkmilləşdirilməsində var gücü ilə fəaliyyət göstərəcəklərini bildirdilər. http://qu.

Ölümsüzlüyə qovuşan qəhrəmanlar

Resim
Bu gün adı dillər əzbəri olan, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun yüksəldiyi zirvə təkcə onların  doğulduğu yerdən deyil , Azərbaycanın və eləcə də bütün türk dünyasının hər yerindən görünür.  Noyabrın 16-da Oğuz klubunun üzvləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun II Fəxri Xiyabanda yerləşən məzarlarını ziyarət etdilər. Klub üzvləri respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətləri olan qəhrəmanların əbədi  xatirəsi önündə baş əyərək, Vətən məhəbbətinin, yurd sevgisinin qəhrəmanlıq və mübarizlik timsalının ziyarətgahına  çevrilən şəhid məzarları üzərinə qərənfillər qoydular. http://qu.edu.az/view_news.php?news=1144&lang=az&link=224

Azərbaycan Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəyə hazırlaşır

Resim
  AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində ali məktəb tələbələrinin ACM beynəlxalq təşkilatının dəstəyilə 1975-ci ildən başlayaraq hər il keçirilən Proqramlaşdırma üzrə müsabiqədə azərbaycanlı tələbələrin iştirakına həsr olunmuş seminar keçirilmişdir. Tədbirdə AR Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və “Bakı” nəşriyyatının nümayəndələri, o cümlədən tələbələr iştirak edirdi. Seminarı giriş sözü ilə açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informatika üzrə ölkədə şagirdlər və tələbələr arasında keçirilən olimpiadalar, gənclərin beynəlxalq və regional səviyyəli müsabiqələrdə iştirakından söhbət açdı. Bu il Tailandda informatika üzrə keçirilən beynəlxalq olimpiadada (IOI - International Olympiad in Informatics) Azə

ARDNŞ təqaüdlərinin verilməsi ilə bağli növbəti müsabiqə keçirilmişdir

Resim
ARDNŞ Təqaüd proqramı çərçivəsində 2010-2011-ci tədris ilinin II semestrinin nəticələrinə əsasən, Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan etmişdir. Noyabrın 20-də müsabiqənin birinci mərhələsi üzrə test imtahanı keçirilmişdir. İmtahanda ali məktəblərinin bakalavr pilləsinin 2-4-cü kurs və magistratura pilləsinin 1-2-ci kurs tələbələri iştirak etmişlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış imtahanda tələbələrin məntiqi bilikləri yoxlanılmışdır. ARDNŞ təqaüdünü almaq üçün müraciət etmiş 1471 tələbədən 1191 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanmış, onlardan 1085-i I tur üzrə imtahanda iştirak etmişdir. Namizədlər məntiqi təfəkkürün yoxlanılması məqsədi ilə TQDK-nın tərtib etdiyi 40 test sualını cavablandırmışlar. Müsabiqənin ilkin nəticələri ARDNŞ-nin və TQDK-nın saytında yerləşdirilmişdir. İmtahanda yüksək bal toplamış namizədlər müsabiq

Türkiyənin Osmanqazi Universitetinin nümayəndələri Qafqaz Universitetində olmuşlar

Resim
Bakı, 21 noyabr (AzərTAc). Türkiyənin Osmanqazi Universitetinin bir qrup professor-müəllimi Qafqaz Universitetində olmuşdur. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilmişdir. Sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılmışdır. Qonaqlar universitetin tədris şəraiti ilə də tanış olmuşlar. http://www.azertag.com/node/885672

Qafqaz Üniversitesi Türkmence Broşür 2011

Qafqaz Universitesi Türkmence Broşür 2011                                                                                                    FULLSCREEN

Quba Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Quba Özəl Türk Liseyində olub

Resim
Quba Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Sahib Məmmədov Quba Özəl Türk Liseyində olub. Qonağı Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu qarşılayaraq, şagirdlərinin qazandığı uğurlar barədə ətraflı məlumat verib. Sonra S. Məmmədov liseyin tarixini əks etdrirən muzeylə və liseyin sinif otaqları, laboratoriyalari, kitabxanası ilə yaxından tanış olub. Sahib Məmmədov liseyin fəaliyyətindən və burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduğunu bildirib. Quba RİH başçısının 1-ci müavini liseyin müəllimlərinin məsuliyyətlə işləməsini və liseyin təlim-tərbiyə metodlarını yüksək qiymətləndirib. Liseyəin kollektivinə təhsildə uğurlar diləyib. http://www.cag.edu.az/haber.php?id=313

Qafqaz Üniversitesi İş Dünyası Haber Bülteni 2011/4 38.Sayısı çıktı.

İş Dünyası Haber Bülteni 38.Sayı  2011/4                                                                                                    FULLSCREEN

Qafqaz Universitetinin beynəlxalq əməkdaşlıq imkanları genişlənir

Resim
19 November, 2011 Türkiyənin Əskişəhər şəhərində yerləşən Osmanqazi Universitetinin professor-müəllim heyətindən ibarət 10 nəfərlik qrup, Qafqaz Universiteti ilə müxtəlif sahələrdə elmi əməkdaşlıqlar qurmaq üzrə ölkəmizə gəlmişlər. Ziyarətdə Universitetin Kənd təsərrüfatı fakültəsi,  tibb fakültəsi, dövlət və bələdiyyə idarəetməsi fakültəsi, kimya fakültəsi və beynəlxalq əlaqələr fakültələrinin dekan və nümayəndələrindən ibarət professor-müəllimlər iştirak edir. Ölkəmizə dünən – 18.11.2011 – təşrif edən qonaqlar Bakı Dövlət Universitetində olmuş və Universitetdə bir sıra yerləri, xüsusilə Heydər Əliyev muzeyini və Nano texnologiya laboratoriyasını ziyarət etmişlər. Daha sonra fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etmişlər. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən heyət, İçəri şəhər turundan sonra Təhsil Naziri Professor Misir Mərdanov cənabları tərəfin

Qafqaz Universitetinə necə getmək olar? Bunu bilmək istəyirsinizsə cizgi filmini izləyin.

“Sumqayit bloq günü ” keçiriləcək

Resim
Azərbaycanda bloqçuluğun inkişafı ilə bağlı növbəti çox fərqli və çox maraqlı bir gün-”Sumqayit bloq günü ” keçiriləcək. Dekabr ayının ilk həftəsində Qafqaz Universiteti nin akt zalında baş tutacaq tədbirə Bakıdan, Sumqayıtdan və eləcədə regionlardan bloqçular dəvət olunacaq. Bu maraqlı günü qaçırmaq istəmək istəmirsinizsə bizə qoşulun. Bunun üçün ilk növbədə qeydiyyatdan keçməlisiniz. Qeydiyyat bu gündən açıq elan olunur. Sumqayıt bloq günü Amerikanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi vasitəsi ilə təşkil olunur. http://sumqayitxeber.com/?p=12853