ARDNŞ təqaüdlərinin verilməsi ilə bağli növbəti müsabiqə keçirilmişdir










ARDNŞ Təqaüd proqramı çərçivəsində 2010-2011-ci tədris ilinin II semestrinin nəticələrinə əsasən, Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan etmişdir. Noyabrın 20-də müsabiqənin birinci mərhələsi üzrə test imtahanı keçirilmişdir. İmtahanda ali məktəblərinin bakalavr pilləsinin 2-4-cü kurs və magistratura pilləsinin 1-2-ci kurs tələbələri iştirak etmişlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış imtahanda tələbələrin məntiqi bilikləri yoxlanılmışdır. ARDNŞ təqaüdünü almaq üçün müraciət etmiş 1471 tələbədən 1191 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanmış, onlardan 1085-i I tur üzrə imtahanda iştirak etmişdir. Namizədlər məntiqi təfəkkürün yoxlanılması məqsədi ilə TQDK-nın tərtib etdiyi 40 test sualını cavablandırmışlar. Müsabiqənin ilkin nəticələri ARDNŞ-nin və TQDK-nın saytında yerləşdirilmişdir. İmtahanda yüksək bal toplamış namizədlər müsabiqəsinin ikinci turunda iştirak edəcəklər. Bu turda tələbələr ARDNŞ-nin mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə olunacaqlar. ARDNŞ-nin təqaüdünün verilməsi üzrə hazırkı müsabiqədə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetinin tələbələri yüksək fəallıq nümayiş etdirmişlər. Müraciət edənlərin 36,8%-i ARDNŞ-nin Təqaüd Proqramında ilk dəfə iştirak edir. Qeyd edək ki, indiyədək ARDNŞ təqaüdlərini respublikanın ali məktəblərinin mindən artıq tələbəsi almışdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF