Naxçıvan Türk Liseyi idman sahəsində də uğurla çıxış edir


Naxçıvan Türk Liseyi elmdə və təhsildə qazandığı müvəffəqiyyətlərlə yanaşı, sosial fəallığı, xüsusilə Naxçıvan Muxtar Respublikasındakı idman fəaliyyətlərində fəal iştirakı ilə də seçilir. 
 
Belə ki, oktyabr ayının sonlarında Bakı şəhərində Heydər Əliyev adına İdman Konsert Kompleksində basketbol üzrə kişilər arasında XIX Azərbaycan çemionatının birinci dəstəsinin yarımfinal və final oyunlarında baş tutan görüşlərdə, lisey komandası üçüncülük əldə edərək, bürünc medala yiyələnib. Komandanın məşqçisi Nurlan Hacıyev bizimlə söhbətində çempionatdakı rəqiblərinin güclü olmasına baxmayaraq, onlardan bir çoxunu məğlub etdiklərini söyləyib. O, noyabr ayının sonunda başlayacaq basketbol üzrə Azərbaycan çempionatının yüksək liqa oyunlarında iştirak edəcəklərini, hazırda isə oyunlara intensiv şəkildə çalışdıqlarını bildirib. Naxçıvan Türk Liseyinin müdiri Hasan Avcı Lisey komandasının qalibiyyət əldə edərək yüksək liqada iştirak hüququ qazanmasını ölkəmizdə və muxtar respublikamızda təhsilə və idmana göstərilən dövlət qayğısının bariz nəticəsi olduğunu vurğulayıb: “Bildiyiniz kimi, Naxçıvan Türk Liseyi elm və təhsil uğurlarının sırasına idmandakı uğurlarını da əlavə edib. Buna ən son misal olaraq, lisey komandasının muxtar respublikanı təmsil edərək, Azərbaycan üzrə qazandığı bu qalibiyyətdir. Əlbəttə ki, bu qalibiyyət Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir”.
Qeyd edək ki, lisey birinci dövrədə ADNA və Cəlilabad komandalarını, üçüncü yer uğrunda mübarizədə isə Bakı Dövlət Universitetini məğlub edərək, bürünc medalın sahibi olub və noyabrın sonunda başlayacaq yüksək liqa oyunlarında iştirak etmək hüququ qazanıb. Altı komandanın iştirak edəcəyi yüksək liqada Naxçıvan Muxtar Respublikası iki komanda ilə təmsil olunacaq. Naxçıvan Türk Liseyi və “Araz” yüksək liqada mübarizə aparacaqlar.
Xatırladaq ki, lisey komandası müstəqilliyimizin 20 illik yubileyinə həsr olunmuş basketbol üzrə muxtar respublika turnirinin qalibi olaraq, paytaxt Bakıda keçirilən çempionatda iştirak etmək hüququ qazanmışdı. VAQİF VƏLİYEV NaxçIvan.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41215

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF