Qafqaz Universiteti dünyanın ən yaxşı 200-cü təhsil proqramı üzrə diploma layiq görüb

14.11.2011 | 15:32
Ali təhsil sahəsində əlverişli imkanlar təklif edən Eduniversal beynəlxalq şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı Magistratura və Doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlayıb.


Qiymətləndirməyə dünyanın 9 regionunun 153 ölkəsindən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunub. Görkəmli elm adamlarının təmsil etdiyi nüfuzlu komitə Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını dünyanın ən yaxşı 200-cü təhsil proqramı seçib xüsusi diploma layiq görüb. Universitetin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 14-dən başlamış ən yaxşıların seçimi yarışına Şərqi Avropa, Qərbi Avropa, Afrika, Şimali Amerika, Latın Amerikası, Mərkəzi Asiya, Avrasiya və Yaxın Şərq, Uzaq Şərq, Okeaniya regionunu təmsil edən və beynəlxalq nüfuzu olan universitetlər qoşulub. Qeyd edək ki, tələbələrə, mütəxəssislərə, İnsan Resursları rəhbərlərinə, eləcə də akademik sahədə çalışanlara mükəmmməl ali təhsil imkanlarının həqiqi qlobal mənzərəsini göstərən Eduniversal gələcək naminə ən doğru addımı atmağa kömək edir. Bu sistem tələbələrə harada yaşadıqlarından və hara getmək istədiklərindən asılı olmayaraq gələcək karyeraları üçün ən uyğun təhsil ocaqlarını seçməyə imkan verir. Burada tələbələrin təhsildən məmnun qalması əsas meyarlardan biri, dərəcələndirmənin ən mühüm aspektidir. Artıq indiyədək 100 min tələbə Eduniversalın qiymətləndirməsində iştirak edərək təhsil aldıqları müəssisələr haqqında fikirlərini bildiriblər. Fransa universitetlərində Magistratura proqramlarının keyfiyyət sıralaması üzrə 10 illik təcrübəsinə əsaslanan Eduniversal artıq 153 ölkənin 1000 ən yaxşı təhsil müəssisəsindən 30 ixtisas sahəsi üzrə 4000 ən yaxşı Magistratura və Doktorantura proqramlarının dünya sıralamasını təqdim edib. Sıralama Eduniversalın Beynəlxalq Elm Komitəsinin dəstəyi ilə proqramın nüfuzu, məzunların ilk iş yerindən aldığı maaş, tələbələrin məmnuniyyəti kimi üç mühüm meyara əsasən müəyyən edilib. Bu təhsil yarışmasına qatılan universitetlər mütləq bir sıra beynəlxalq meyarlara cavab verməli, o cümlədən zəruri akkreditasiya və təsnifatlara yiyələnməli, beynəlxalq akademik assosiasiyalara üzvlüyü olmalı, beynəlxalq və yerli səviyyədə universitetlərarası əməkdaşlığı genişləndirməli, dünya səviyyəsində hamılıqla qəbul edilmiş təhsil proqramlarına malik olmalıdır. Məhz bu kriteriyalara görə də Qafqaz universitetinin fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilib.

Nigar Məmmədli

Mövzuya aid fotolar:
Başlanğıc Əvvəlki Sonrakı Son



http://qafqazinfo.az/QAFQAZ_UNIVERSITETI_D%C3%9CNYANIN_%C6%8FN_YAX%C5%9EI_200_C%C3%9C_T%C6%8FHSIL_PROQRAMI_%C3%9CZR%C6%8F_DIPLOMA_LAYIQ_G%C3%96R%C3%9CB-7337-xeber.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF