Qafqaz Universitetində “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda seminar keçirilib

“Avropanın maliyyə böhranı və onun regional təsirləri”

04:03 / 26.11.2011
Qafqaz Universitetində dünən növbəti seminar keçirilib. “Avropanın maliyyə böhranı və onun regional təsirləri” mövzusunda keçirilən seminarın təşkilatçısı Qafqaz Universiteti Dünya İqtisadiyyatı Bölməsinin və Sosial-iqtisadi Tədqiqatlar Mərkəzidir. Seminarda Avropa ölkələrində böhranın yaranma səbəbləri, böhrandan çıxmaq üçün atılan addımlar və onların məntiqi ardıcıllığı, böhranın avropa Birliyinin gələcəyinə gö.stərəcəyi mümkün təsirlər, böhranın digər ölkələrə təsirləri, Azərbaycanın bu böhrandan təsirlənməməyi üçün həyata keçirtdiyi pul siyasəti və s. istiqamətlərdə müzakirələr aparılıb.
İlk olaraq çıxış edən Qafqaz Universitetinin Sosial-iqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Sənnur Əliyev çıxışında Avropada iqtisadi inteqrasiya qərarının verilməsi, burada rol oynayan iqtisadi və siyasi motivlər, həmçinin birlik üçün xarakterik olan maliyyə böhranlarının xarakteristikası barədə məlumat verib. Onun sözlərinə görə, böhranın Azərbaycana təsiri o halda hiss olunar ki,neftin dəyəri aşağı düşsün. Həmçinin Azərbaycanın əsas ticarət tərəfdaşları bu sahədə Avropa dövlətləri sayılır. Orada yaşanan böhran Azərbaycana müəyyən qədər təsir göstərə bilər. Bundan əlavə ölkəmizin strateji valyuta ehtiyatlarının təminən 40 faizi də məhz avro ilə saxlanılır. Maliyyə böhranı nəticəsində avronun dəyərinin aşağı düşməsi də valyuta ehtiyatlarımıza təsirsiz ötüşməyəcək. Daha sonra çıxış edən Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktoru Emin Hüseynov bildirib ki, bütün dünya bu gün qlobal maliyyə böhranı mövzusunda müzakirələr aparır. 2007-2008-ci il böhranın Azərbaycana təsirinin çox cüzi olduğunu deyən E.Hüseynov bildirib ki, Azərbaycanfn strateji valyuta ehtiyatları 41 milyard dolları keçib. Xarici borcları azalıb. 2005-ci ildən sonra Ümumdaxili Məhsulun 3 dəfə artması iqtisadiyyatımızın kifayət qədər dayanıqlı olmasına əsas verir.
Azərbaycan Diplomatiya Akademiyasının İqtisad bölümünün baş müəllimi Elkin Nurməmmədov isə çıxışında Avrozonada borc böhranından danışıb. Onun sözlərinə görə, hazırda Avropanın bir çox ölkələrinin, o cümslədən Yunanıstan, İtaliya, Portuqaliya və İspaniyanın hələ də maliyyə böhranından çıxa bilmir. Böhranın yaranmasının əsas səbəbləri iqtisadiyyatın zəifləməsi, işsizliyin artması, istehlakın azalması, vergi daxilolmalarının zəifləməsi, bunun müqabilində isə sosial rifah xərclərinin artmasıdır. Avrozonada yerləşən ölkələrdə hazırda iqtisadi artım yoxjur. Onların ümumi borcu isə 12 trilyon dolları keçib. Bunun məntiqi nəticəsi olaraq bu gün avropa Birliyinin əsas maliyyə vəsaiti sayılan avronun dəyəri dünyanın digər aparıcı valyutaları ilə müqayisədə aşağı düşür.
Seminarın sonunda tədbir iştirakçıları tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sevinc QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=37756

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır