Qafqaz Universitetində “Muğam xalqımızın sərvətidir” adlı muğam gecəsi keçirildi.

Muğam xalqımızın sərvətidir

29November, 2011 
Muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Gənc nəslin muğamlara meyilliliyini artırmaq və milli ənənələrimizi gələcək nəsillərə ötürmək məqsədilə  universitetdə “Muğam xalqımızın sərvətidir” adlı muğam gecəsi keçirildi. Qafqaz Universitetinin “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə keçirilən gecədə çıxış edən respublikanın əməkdar artisti Valeh Rəhimov Azərbaycan xalqının ən dəyərli irsi haqqında ətraflı məlumat verdi. Valeh Rəhimov milli muğam sənətinin ümumdünya səviyyəsində tanıdılmasında  YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini dəyərləndirərək, onun milli musiqimizi, muğamlarımızı yenidən dirçəldərək özümüzə qaytardığını vurğuladı.
Azərbaycan musiqi mədəniyyəti tarixində öz dəst-xətti, üslubu ilə seçilən respublikamızın xalq artisti, məşhur muğam ustası Mənsum İbrahimovun sehrli səsi qəlbləri riqqətə gətirdi.  Xanəndə xalq muğamlarını  elə yanıqlı səslə və ustalıqla çatdırdı ki, zalda əyləşən sənətkarlar da, muğam xiridarları da onun bu ustalığını sürəkli alqışlarla mükafatlandırdılar.
Milli varlığımız-muğamın təəssübçüsü  Mənsum İbrahimovun bu gün muğam sənətinə verdiyi töhfələrlə yanaşı,  pedoqoyi fəaliyyəti də yüksək dəyərləndirildi.  “Mənsum İbrahimov məktəbi”nin yetirmələri “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatının sahibi, əməkdar artist  Təyyar Bayramov, Aytən Məhərrəmova və Arzu Əliyevanın uca zəngulələri,  “mənsumsayağı” ifaçılıq məharətləri hamıda muğam sənətinin əbədiyaşarlığına inam yaratdı.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır