Qafqaz Universitetinde yanğına qarşı təbliğat günü keçirilmişdir.

 16 Noyabr 2011-ci il tarixində Qafqaz Unıversiteti İnzibati İşlər İdarəsinin xidmət təlimləri planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov tərəfindən “Yanğın zamanı zəruri hərəkətlər“ mövzusunda çıxış etmişdir. Daha sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin baş inspektoru mayor Elçin Xankişiyev “İlkin yanğın söndürmə vasitələrindən istifadə qaydalarının nümayiş etdirilməsi” mövzusunda Universitetin əməkdaşlarına və tələbələrinə təlim-seminar vermişdir.
Seminarda universitetin rektoru Prof.Dr. Ahmet Sanıç başda olmaqla, rəhbər heyət ilə yanaşı 300-dən çox tələbə və personal da iştirak etmişdir.
Seminar işgüzar şəraitdə çox maraqli keçmişdir. Seminardan sonra FHN əməkdaşları universitetin yanğın təhlükəsizlik sisteminə baxış keçirmişlər və universitetdə işlərin təşkilindən məmnun qaldıqlarını bildirmişlərdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır