Qafqaz Universitetinin beynəlxalq əməkdaşlıq imkanları genişlənir



19 November, 2011
Türkiyənin Əskişəhər şəhərində yerləşən Osmanqazi Universitetinin professor-müəllim heyətindən ibarət 10 nəfərlik qrup, Qafqaz Universiteti ilə müxtəlif sahələrdə elmi əməkdaşlıqlar qurmaq üzrə ölkəmizə gəlmişlər. Ziyarətdə Universitetin Kənd təsərrüfatı fakültəsi,  tibb fakültəsi, dövlət və bələdiyyə idarəetməsi fakültəsi, kimya fakültəsi və beynəlxalq əlaqələr fakültələrinin dekan və nümayəndələrindən ibarət professor-müəllimlər iştirak edir.
Ölkəmizə dünən – 18.11.2011 – təşrif edən qonaqlar Bakı Dövlət Universitetində olmuş və Universitetdə bir sıra yerləri, xüsusilə Heydər Əliyev muzeyini və Nano texnologiya laboratoriyasını ziyarət etmişlər. Daha sonra fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etmişlər. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən heyət, İçəri şəhər turundan sonra Təhsil Naziri Professor Misir Mərdanov cənabları tərəfindən qəbul edilmişdir.
Ziyarətin bu günkü proqramında Qafqaz Universitetinin Rektorunu ziyarət edən qonaqlar, universitetlə qısa tanışlıqdan sonra müvafiq ixtisas bölmələri üzrə işçi qruplarının fəaliyyəti başlamış və  gün ərzində davam edəcəkdir.
Müvafiq əməkdaşlıq layihələri tamamlandıqdan sonra qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün müxtəlif bölgələrə gəzintiləri nəzərdə tutulmuşdur.  
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF