TİKA Azərbaycan təmsilçisi Qafqaz Universitetində seminar verdi

02:13 / 25.11.2011
Dünən Türkiyə Respublikası Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Türkiyə işbirliyi və koordinasiya baş idarəsinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Dr. Salih Polat Qafqaz Universitetində “Türkiyə Respublikası Başnazirliyinin Türkiyə işbirliyi və koordinasiya baş idarəsi və son bir ildə Azərbaycandaki fəaliyyətləri” mövzusunda seminar verib.
Salih Polat qurumun 1992- də Türkiyə Xarici İşlər Nazirliyinə bağlı olaraq qurulduğunu, 1999-cu ildən etibarən Türkiyə Başnazirliyinə bağlı olaraq fəaliyyət göstərdiyini qeyd edib. TİKA hal hazırda Türk cümhuriyyətləri başda olmaq üzrə dünyanın 26 ölkəsində ofis açaraq, dünyanın yüzə yaxın ölkəsi ilə işbirliyi formatında fəaliyyət göstərməkdədir. Qurumun Azərbaycandakı ofisinin fəaliyyətlərinə 1994-cü ildən başladığını deyən Salih Polat bugünə qədər Azərbaycanda birçox layihənin reallaşdırıldığını qeyd edib. Qurumun 2011-ci ildə həyata keçirdiyi layihələrdən bəhs edən Polat bu il üçün nəzərdə tutulan layihələrin böyük ölçüdə artıq reallaşdığını bildirib.
Qonaq, TİKA`nın Qafqaz Universitetiyle birgə reallaşdırdığı layihələrdən də söz açaraq iki qurum arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı. TİKA ilə birlikdə tələbələrin yay praktikalarının Türkiyədə keçirilməsi ilə bağlı reallaşdırılan layihənin də həm tələbələrin iş həyatı ilə bağlı məlumatlarının artırılması, həm də iki ölkə insanlarının bir –biriləri ilə daha yaxın münasibətlər qurulması istiqamətində müsbət nəticələr verdiyi vurğuladı. Bu ilki layihə çərçivəsində Türkiyədə praktikada olan tələbələrdən bəziləri söz alaraq bu cür layihələrin faydalarından danışdılar və Dr.Salih Bəyə və universitet rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Salih Polat Azərbaycanda “İctimaiyyətə Dəstəkli Polis”, Azərbaycan Mərkəzi Bankı tərəfindən tələb edilən Layihələr, İqtisadi İnkişaf Nazirliyinin İnkişafın Stratejik Planlaması Şöbəsi ilə birlikdə həyata keçiriləcək layihələrin 2012- ci ildə həyata keçəcək layihələrdən başlıcaları olduğunu bildirdi.
Tədbirin sonunda qonağa öz təşəkkürünü bildirən universitetin Rektoru Prof. Ahmet Saniç Dr.Salih Polat-a təşəkkür plaketi və tələbələr tərəfindən hazırlanmış ebru tablosu hədiyyə edib.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=37698

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF