Türkiyəli qonaqlar Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyində olublar

Oktyabrın 31-də TİKA-nın  kənd təsərrüfatı mütəxəssislərindən Sibel Güneyi,  Türkiyə Kənd Təsərrüfatı Nazirliyi, Bitki Emalı Baş idarəsindən Suat Parıldar və Fatma Mamak, 19 Mayıs Universitetindən A. Kemal Ayan, Samsun şəhər İl Özəl İdarəsindən Eyüp Elmas, İnkişaf Nazirliyindən Pınar Topçu və İzmir  İxracatçılar Dərnəyindən Ekin Taşkın  Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyində olublar. Qonaqlar əvvəlcə liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası ilə yaxından tanış olublar. Sonra Gəncə ATÖL-nin müdiri Kenan Güzel təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Burada gördüklərindən, eşitdiklərindən məmnun olan qonaqlar, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan-Türkiyə Özəl Liseylərinin iki qardaş və dost ölkənin əlaqələrinin daha da inkişaf etdirilməsində öz töhfəsini verdiyini bildiriblər. Liseyin kollektivinə yeni tədris ilində yeni-yeni uğurlar diləyiblər.
Görüşün sonunda Kenan Güzel, Kənd təsərrüfatı Baş  Mühəndisi (TİKA- kənd təsərrüfatı mütəxəssisi) Sibel Güneyi xanıma liseyin xatirə hədiyyəsini təqdim edib.
http://www.cag.edu.az/haber.php?id=311

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır