Xahiş edirik, gülüşə riayət edin!!!


04 November, 2011
Qafqaz Universitetinin teatr dərnəyinin “Şən və hazırcavablar” qrupu və musiqi özfəaliyyəti kollektivi bu şüarla xeyriyyə konserti verdi. Universitetin Hacı Zeynalabdin Tağıyev adına Tələbə yardım dərnəyinin təşkilatçılığı ilə qurban bayramı kampaniyasına dəstək mədsədilə hazırlanan xeyriyyə konserti həyatı qayğılarla, problemlərlə dolu olan tələbələrə semestr daxili imtahanlar ərəfəsində xoş təsir bağışlayaraq, enerji dolu həyat bəxş edə bildi. Tamaşaçıların zövqünü oxşamağa çalışan, az da olsa onları problemlərdən uzaqlaşdırıb, simalarında gülüş yaratmaq üçün əllərindən gələni əsirgəməyən şən və hazırcavablar salonu gülüş sədalarına boğdular. Həm güldürən , həm də düşündürən yumor qrupu yaşadığımız zaman və bizi əhatə edən insanlardakı mənfilikləri məharətlə yumor hədəfinə tuta bildilər.
Musiqi özfəaliyyəti kollektivinin hazırladığı müxtəlif janrlı mahnılar doyunca gülən tamaşaçıların ovqatını oxşadı. Xeyriyyə konsertində “gülüşə riayət” edilməsə də, əldə olunan vəsaitin bu gün gülüşə ehtiyacı olan insanlara çatdırılacağı fikri təsdiq etdi ki:
 “Yazıq o şəxsə ki, qaraqabaqdır,
 Nə qədər yaraşır insana gülmək”.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır