ARDNŞ 200 tələbəyə təqaüd verdi

24 Dekabr 2011-cı il N 206(3786)
Dünən ARDNŞ-da ali məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması ilə bağlı tədbir keçirilib.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev şirkətin müsabiqə komissiyasının qərarına əsasən, təqaüdə layiq görülmüş 200 tələbəyə, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasının 125, Bakı Dövlət Universitetinin 27, Qafqaz Universitetinin 20, Azərbaycan Dövlət İqtisad Universitetinin 16, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Moskva Dövlət Universitetinin Bakı filialının 3, SDU-nun 2, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsinə şirkətin təqaüdlərini təqdim edib. Aylıq təqaüdün məbləği 100 manatdır. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF