“Çağ” Öyrətim İşlətmələrinin basketbol komandası qələbədən qələbəyə


 Dekabrın 17- də Heydər Əliyev adına İdman Konsert Kompleksinin İxtisaslaşdırılmış Basketbol Mərkəzində “Çağ” Öyrətim İşlətmələrinin basketbol komandası Bakı Dövlət Universitetinin basketbol komandası ilə görüşüb. Basketbolsevərlərə həyacanlı anlar yaşadan komandamız bu dəfə də qələbə qazanıb. Ötən oyunlarını çətinlik çəkmədən uğurla başa vuran basketbolçularımız növbəti dəfə meydanda daha bir uğurunu nümayış etdirib. Belə ki, bu dəfə idmançılarımız öz peşəkar oyunu ilə Bakı Dövlət Universitetinin basketbol komandasını 83:48 hesabı ilə məğlub edib. Yüksək liqada layiqli yer tutmaq istiqamətində inamla irəliləyən basketbolçularımız Azərbaycan çempionatında birinci olmaq uğrunda inadla mübarizəsini davam etdirir. “Çağ” Öyrətim İşlətmələrinə təhsil sahəsində olduğu kimi idmanda da yeni-yeni qələbələrə doğru yolda uğurlar arzulayırıq. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF